Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
"İqlim dəyişikliyi müzakirələrində iştirak etmək üçün Maldiv adalarından gəlmişik. Azərbaycan COP29-un hazırlanmasına xüsusi səy göstərib. Buradakı xidmətlər, hər şey mükəmməl şəkildə qurulub. Buna görə də Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm". Bu sözləri AZƏRTAC-a açıqlamasında Maldiv adalarının Ətraf Mühit və Enerji Nazirliyinin İqlim Dəyişikliyi Departamentinin direktoru Əli Şərif deyib. COP29-da iştirak etməyinin əsas məqsədinin iqlim maliyyələşməsi olduğunu deyən departament direktoru müsbət qərarların veriləcəyinə inandığını bildirib. "COP29-da yumşaldılma və uyğunlaşma ilə bağlı bir çox istiqamətlərdə yekunlaşacağına ümid etdiyimiz başqa elementlər də var, lakin ən əsası maliyyələşmədir", - deyə o əlavə edib.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: