YENİ DİREKTOR VƏ MÜAVİN TƏYİN EDİLDİ - Əmr imzalanıb
Kolleclərə yeni təyinatlar olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Bildirilib ki, Agentliyin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Mirvari Ağayeva 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. O, çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən "Fəxri Fərman”la təltif edilib. Ülviyyə Nəzərova 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan "Bir müəllimin manifesti” ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.