Azərbaycana ən çox dollar gətirən şirkət məhkəməyə verildi
"MKT İstehsalat Kommersiya" MMC məhkəməyə verilib. Mediaxeberleri.az-ın xəbərinə görə, MMC ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciəti Əlizadə Nurlan Kamil oğlu edib. Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisələr olan iş hakim Mehriban Əfəndizadənin icraatındadır. Növbəti baxış iclası noyabrın 28-də keçiriləcək. Qeyd: MMC-nin qanuni təmsilçisi Rövşən Mahmudov Süleyman oğludur. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda birinci yerdə 79,4 milyon dollarla “MKT İstehsalat Kommersiya” MMC-dir.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: