Nikoldan şok: Batyanın düşməninə siyasi sığınacaq verdi
Vladimir Balandin Ermənistanda qaçqın statusu alıb və siyasi motivlərlə axtarışda olduğu Lukaşenko rejiminə verilməyəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşko sosial şəbəkələrdə yazıb. “Bu ən mühüm qərara görə Ermənistan hökumətinə, Nikol Paşinyan, Ararat Mirzoyana təşəkkür edirəm. Ermənistan bir daha sübut etdi ki, insan haqları İrəvan üçün son dərəcə vacib dəyərdir”, - deyə o bildirib. Qeyd edək ki, Paşinyanın bu qərarı təsadüfi deyil. Belə ki, Paşinyan Ermənistanın Aİİ və KTMT “müttəfiqi” olan Belarusla diplomatik münasibətlərdə gərginlik yaşayır.
Oxunub: 187
Xəbəri paylaş
Paylaş: