“Öz torpaqlarınızı Rusiyaya verin” - Duda Ukraynanı güzəştə məcbur edənlərə səsləndi
Polşa Prezidenti Anjey Duda Ukraynaya işğal olunmuş ərazilərini Rusiyaya güzəştə getməyi məsləhət görən Qərb ölkələrini öz torpaqlarının bir hissəsini Rusiyaya verməyə çağırıb. Mediaxeberleri.Az xəbər verir ki A.Duda bunu “Sunday Times”-a müsahibəsində deyib. Polşa Prezidenti müharibənin guya başa çatması müqabilində Ukrayna torpaqlarının təslim edilməsini dəstəkləyən bəzi Qərb ölkələrinin başçılarını özlərini Kiyevin yerində təsəvvür etməyə çağırıb: "Əgər siz Rusiyaya qarşı bu qədər səxavətlisinizsə, niyə ona ərazinizin bir hissəsini verməyəsiniz? Nəyə görə hər hansı suveren ölkə Rusiyanın tələbini qane etməyə çalışmalıdır?” Duda vurğulayıb ki, Moskvanın xeyrinə istənilən hətta minimal güzəştlər “fəlakətli səhv” olacaq. O hesab edir ki, ərazi güzəştləri Rusiyanı yalnız növbəti təcavüzkar hərəkətlərə sövq edəcək. Lakin Polşa Prezidenti Ukraynanın bütün ərazisi üzərində nəzarəti tam bərpa etməyə qadir olub-olmaması sualına birbaşa cavab verməkdən yayınıb. O, Rusiyanın say baxımından üstünlüyünü qeyd edib, lakin Ukraynanın öz torpaqlarını tam bərpa etmək perspektivləri ilə bağlı konkret cavab verməyib.