Biz müharibə istəmirik - İran Prezidenti
İran münaqişəni qızışdırmaq istəmir, lakin eyni zamanda ərazisinə hücuma görə İsrailə müvafiq cavab vermək hüququnu özündə saxlayır. "Report"un məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Biz müharibə istəmirik, lakin xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, İsrailin təcavüzünə müvafiq cavab verəcəyik”, - Pezeşkian bildirib. "İsrailin təcavüzü və cinayətləri davam etsə, gərginlik artacaq və bilirik ki, Birləşmiş Ştatlar İsraili bu faciələrə təhrik edir. ABŞ bizə qarşı müharibəni dayandıracağını vəd edib, lakin vədinə əməl etməyib", - Pezeşkian əlavə edib.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: