Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. "Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00-da Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub. Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib. "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb. Mediaxeberleri.Az xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib. Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər. Yaxınlarının sözlərinə görə, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq. Ətraflı Baku TV-nin süjetində: "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib. Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova "Qafqazinfo"ya təsdiq edib. Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək