Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"ONLAR MƏNİM QƏTLİMİ SİFARİŞ EDİBLƏR...” - Kadırov iki deputata və bir senatora “qan davası” elan etdi

  • Tarix: 10-10-2024, 22:14

Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatları Bexan Baraxoyev, Rizvan Kurbanov, həmçinin Rusiya Federasiya Şurasının üzvü, senator Süleyman Kərimova qarşı qan davası elan edib.

Mediaxeberleri.Az xəbər verir ki, Kadırov bunu Çeçenistanın güc strukturları ilə keçirdiyi iclasda deyib.

Kadırov iddia edib ki, sözügedən şəxslər hətta onun qətlini sifariş ediblər. Onun dediyinə görə, bu, Rusiyanın ən tanınmış şirkətlərindən olan “Wildberries” ətrafında yaranan münaqişəyə görədir: "Onların öz biznesləri var və onlar nəinki bu qadının (“Wildberries”-n sahibi Tatyana Kim-red.) biznesini əlindən alıblar, hətta mənim qətlimi sifariş ediblər”.

Çeçenistan rəhbəri deyib ki, senator və milyarder Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).

Kadırov əlavə edib ki, o, bu şəxslərə qarşı qan davası elan edir, lakin günahsız olduqlarını sübut etsələr və ittihamları təkzib etsələr, bunu dayandırmağa hazırdır.

Xatırladaq ki, “Wildberries” şirkətilə bağlı qalmaqal yay aylarında başlayıb. Çeçenistan lideri şirkətin sahibi olan Tatyana Kimlə onun əri arasında yaranan qarşıdurmada ikinciyə “krışalıq” etməyə başlayıb. “Wildberries” iyunun ortalarında reklam operatoru olan “Russ” ilə birləşdiyini elan edib. Lakin Kimin əri bunun əleyhinə çıxıb. Həmin ərəfədə Kim boşanma ərizəsi verib. Onun ərinin şirkətdəki payı isə cəmi 1 faiz olub.


“Forbes” nəşrinin məlumatına görə, Tatyana Kim 2024-cü ilin yanvarında “Wildberries”-in anbarında baş verən yanğından sonra hakimiyyətlə problemlərdən qorxaraq “Russ”la birləşməyə razılaşıb. İddialara görə, “Russ” şirkətinin nümayəndələri biznesdəki pay müqabilində bu problemi “ən yüksək səviyyədə” həll etməyə kömək ediblər. Digər məlumata görə, bu qərara onun “Russ”un rəhbəri Robert Mirzoyanla romantik münasibəti təsir edib.

“Wildberries” ətrafında qalmaqal sentyabr ayında Vladislav Bakalçukun başçılıq etdiyi 20-30 nəfərdən ibarət qrupun Kremlin yaxınlığındakı “Romanov Dvor” biznes mərkəzində şirkətin ofisinə basqın etməsilə daha da böyüdü. Basqın zamanı atışma nəticəsində iki nəfər - mühafizəçi və mərkəzin əməkdaşı həlak oldu, 10 nəfər, o cümlədən üç Çeçenistandan olan MMA döyüşçüsü yaralandı.



Həmin vaxt Bakalçuk saxlanıldı və ona bir neçə maddə, o cümlədən qətl və adam öldürməyə cəhd kimi ittihamlar irəli sürüldü. Onu ömürlük həbs cəzası gözləyirdi, lakin vəkilləri tezliklə cinayətin sübutu olmadığı üçün(?) məhkəmənin onu həbs etməkdən imtina etdiyini bildirdilər.

“Wildberries” ofisindəki insidentdən iki gün əvvəl Bakalçuk müsahibə verib və Ramzan Kadırovun yaxın adamları ilə dostluğundan danışıb. O, Çeçenistan rəhbərinin əvvəllər ona həbsdən yayınmağa kömək etdiyini qeyd edib.




Rusiyalı jurnalisti Yuliya Taratuta isə Kremlə yaxın mənbələrinə istinadla yazıb ki, “Wildberries”-in “Russ”la birləşməsini senator Süleyman Kərimov təşkil edib. Mənbələrin bildirdiyinə görə, “Russ Outdoor”-un benefisiarı olan Kərimov Tatyana Kimin uğurlu biznesi ilə maraqlanıb və onu özü ilə “əməkdaşlığa” cəlb edə bilib. O, qadını Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno ilə tanış edib, sonra isə hətta onun Vladimir Putinlə görüşünü təşkil edib. 

Nəticədə Putin şirkətlərin birləşməsinə “xeyir-dua verib”. Lakin göründüyü kimi, Kadırov hadisələrin bu cür gedişi ilə razılaşmayıb və “yağlı tikə”dən pay istədiyi üçün böyük bir qarşıdurma yaranıb…

C.Məmmədov

“AzPolitika.info” 



Tezliklə Kadırov elan edib ki, Tatyana Kimin əri Vladislav Bakalçuk ailəsində və biznesində yaranan "ciddi problemlər" səbəbindən ondan kömək istəyib. Çeçenistan rəhbərinin sözlərinə görə, söhbət şirkətin “həyasızcasına ələ keçirilməsindən” gedir.

Ərindən boşandığını açıqlayan Kİm Vladislav Bakalçukun “Wildberries”in idarə olunmasında iştirak etmədiyini bəyan edib. Birləşmə nəticəsində Tatyana Kimin sərvəti demək olar ki, iki dəfə azalaraq, 7,9 milyard dollardan 4,1 milyard dollara düşüb.



 


Oxunub: 546
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.