Medvedev: "İsraildən nümunə götürmək lazımdır"
"İsraildən nümunə götürmək lazımdır". Mediaxeberleri.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev oktyabrın 6-da özünün "Telegram" kanalında yazıb. O, İsrailin BMT-nin baş katibi Antonio Quterreşi arzuolunmaz şəxs elan etməsini şərh edib. Medvedev bildirib ki, İsraildən nümunə götürmək və bu qərarı bütün dost olmayan ölkələrin liderlərinə qarşı tətbiq etmək lazımdır. "Bütün dost olmayan dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri arzuolunmaz elan edilsə və onlarla görüşməsələr, o zaman problemlər öz-özünə aradan qalxacaq", - Medvedev qeyd edib. Xatırladaq ki, İsrail İranın raket hücumunu pisləmədiyi üçün Quterreşi "persona non grata" elan edib.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: