Войти

QHT-lərin medal "yarış"ları - Satılan SAXTAKARLIQ

Gündəm

Azərbaycanda son vaxtlar qəribə bir "yarış" başlayıb - kim daha çox medal paylayacaq? Amma söhbət dövlət təltifindən getmir.

Qanunla orden və medal yalnız dövlət tərəfindən verilir, özü də vətəndaşın xüsusi xidmətlərinə görə. Lakin bəzi QHT-lər özlərini sanki dövlət yerinə qoyaraq "saxta qəhrəmanlıq fabriki"nə çevriliblər.

Maraqlısı odur ki, bu medalların bir çoxu da Rusiyada hazırlanır. Belə olan halda sual yaranır ki, Azərbaycan vətəndaşı hansı xidmətlərinə görə Rusiyada istehsal olunmuş medalı ala bilər? Vətənə xidmətinə, yoxsa sadəcə pulunun gücünə görə?

Daha ətraflı Baku TV-nin süjetində:




Elnur Şükürov azadlığa çıxdı

Gündəm

"Səda TV" "YouTube" kanalının aparıcısı, jurnalist Elnur Şükürov azadlığa buraxılıb.

 

Həbs müddəti başa çatan E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

 

Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi. Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülmüşdü.

Ürək çatışmazlığı olanlara bu ədviyyat vacibdir

Gündəm

Omahadakı Nebraska Universitetindən amerikalı alimlər sübut ediblər ki, sarıkök ürək çatışmazlığına kömək edir.

Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici komponentlərlə mübarizədən məsul olan Nrf2 geninin fəaliyyətini stimullaşdırır.

Bu, ürək çatışmazlığı olan siçanların orqanizminə bu maddənin təsirinin müşahidələri zamanı müəyyən edilib.

Siçanların dərisinə xüsusi nasos tikilib və onların bədənlərinə kiçik dozalarda kurkumin vurulub. Ürək çatışmazlığı olan heyvanlarda zərdəçalın təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başladılar. Ürək çatışmazlığından əziyyət çəkməyən, amma sarıkök qəbul edən nəzarət qrupundan olan heyvanlar da oxşar irəliləyiş nümayiş etdirdilər.

Nəticədə layihə müəllifləri “zərdəçalın ürəyin sağlamlığını yaxşılaşdırmaq və insanın dözümlülüyünü artırmaq üçün istifadə oluna biləcəyini” bəyan ediblər. Xatırladaq ki, əvvəlki tədqiqatlar göstərir ki, kurkumin orqanizmə iltihab və əlaqəli xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Aclıq edən azərbaycanlı blogerin vəziyyəti ağırlaşdı

Gündəm

Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı bloger, jurnalist və mədəni fəal Hüseyn Rövnəqi aclıq aksiyası keçirir.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, barəsində irəli sürülən ittihamların saxta olduğunu bildirərək, sentyabrın 1-dən aclıq aksiyasınna başlayan məhbusun vəziyyətinin ağırlaşmasına baxmayaraq, ona tibbi xidmət göstərilmir.

Qeyd edək ki, 24 iyunda həbs olunan Hüseyn Rövnəqi “İsrailin xeyrinə təbliğat fəaliyyəti” və “İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti”ində günahlandırılıb.

50 yaşlı Hüseyn Rövnəqi Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindəndir və bundan əvvəl də bir neçə dəfə həbs edilib.

Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır – Ramiz Mehdiyevin adı hallanır

Gündəm

Azərbaycanda milyonlarla manatlıq daşınmaz əmlak uğrunda gedən hüquqi çəkişmədə qalmaqallı məqamlar ortaya çıxıb. “Haqqın.az” saytı yazır ki, rusiyalı milyarder Fərhad Əhmədovun sifarişi ilə həyata keçirilən tikinti layihəsi ətrafında yaranan mübahisə artıq siyasi dairələrin də diqqətini çəkib.

Fərhad Əhmədova məxsus “Baku Caspian Real İsteyts Limited” (BKRIL) şirkəti 2020-ci ildə “Armadil Group” MMC ilə müqavilə bağlayaraq, Bilgəh qəsəbəsindəki onun şəxsi rezidensiyasında Avropa istehsalı olan materiallarla dam örtüyü və İtaliya istehsalı olan sürüşən terrasın quraşdırılmasını sifariş etmişdi. Lakin şirkətin faktiki rəhbəri Fəxrəddin Bağırov layihəni keyfiyyətsiz yerinə yetirməklə, ciddi narazılığa səbəb olub.

4 milyonluq zərər iddiası

Əhmədovun sifarişi ilə aparılan ekspertiza nəticəsində məlum olub ki, “Armadil Group” öz öhdəliklərini yerinə yetirməyib və nəticədə BKRIL-ə 4 milyon manatdan çox zərər dəyib. Bakı Kommersiya Məhkəməsi iddianı əsaslı sayaraq, “Armadil Group”un BKRIL-ə 862.443 ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək, əks iddianı təmin edib və “Armadil Group”un xeyrinə 2.913.080 ABŞ dolları məbləğində qərar çıxarıb. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

İcra prosesində qalmaqal

Qərarın icrası mərhələsində isə mübahisəli hadisələr yaşanıb. Səbail rayon İcra şöbəsi tərəfindən BKRIL-ə məxsus bütün əmlaklara həbs qoyulub. Ən mübahisəli məqam isə, İçərişəhərdə yerləşən tarixi bir binanın dəyərinin süni şəkildə azaldılaraq, “Armadil Group”un rəhbərinə verilməsinə çalışılmasıdır.

VETO Consulting – kimə xidmət edir?

Mübahisəli qiymətləndirməni aparan “VETO Consulting” MMC-nin adı bu prosesdə tez-tez hallanır. Bildirilir ki, şirkət tarixi binanı real dəyəri olan 20 milyon manatdan çox yox, cəmi 2,5 milyon manata qiymətləndirərək, bu əmlakın müsadirəsinə şərait yaradıb.

Əhmədovun nümayəndələri iddia edirlər ki, “VETO Consulting” şirkəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə əlaqəlidir.

Siyasi motivlər iddiası

Fərhad Əhmədovun nümayəndələri bu hadisənin artıq təkcə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi motivlərlə müşayiət olunduğunu bildirirlər. Onların sözlərinə görə, məsələ təkcə biznes davası deyil, ölkədəki müəyyən dairələrin şəxsi maraqlarının təmin edilməsi cəhdidir…

Hazırda Əhmədovun şirkəti Səbail rayon İcra Şöbəsinin hərəkətlərindən məhkəməyə şikayət edib. İş məhkəmə baxımındadır.

"AzPolitika.info"

Ehsan əvəzinə yola asfalt çəkdirdi - VİDEO

Gündəm

Abşeron rayonunun Fatmayı kəndində maraqlı hadisə baş verib.

Mediaxeberleri.Az xəbər verir ki, həyat yoldaşını itirən Şasif adlı kənd sakini yas mərasimində ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.

Görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən müsbət qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:


Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə

Gündəm

Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş verən partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Mediaxeberleri.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə baş tutan iclasda zərərçəkənlərlə təqsirləndirilənlər arasında imzalanmış bir neçə barışıq sazişlərinin məhkəməyə daxil olduğu elan edilib.

Məhkəməyə daxil olan barışıq ərizələrinin elanı zamanı bəlli olub ki, təqsirləndirilənlər zərərçəkənlərə dəymiş zərərin ödənilməsində əhəmiyyətli addımlar atıblar.

Bir neçə şahidin ifadələri də prosesdə elan edilib.

Sonuncu iki şahidin dindirilməsi sentyabrın 24-nə təyin olunmuş növbəti iclasda həyata keçiriləcək.

Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…

Gündəm

Keçmiş müavin Svetlana Hüseynovanın məhkəməyə verdiyi 38 müəllimdən bir neçəsi onun təzyiqlərindən və təxribatlarından şikayət edir.

Son günlər sosial şəbəkələrdə və mediada adı tez-tez hallanan 201 saylı tam orta məktəbdə deyəsən, nəhayət ki, əsl araqarışdıranlar aşkar olunub. Məktəbin sabiq direktor müavini Svetlana Hüseynovanın fəaliyyəti ətrafında yeni iddialar ortaya çıxıb. Məlumata görə, Hüseynova məktəbdə çaxnaşma yaratmaq məqsədilə bir sıra keçmiş əməkdaşları ilə birlikdə koordinasiyalı şəkildə hərəkət etməyə cəhd göstərib.
Svetlana Hüseynovadan öz keçmiş iş yoldaşları bildirir ki, son 18 ayda 214 dəfə məhkəmə iddiası qaldıran peşəkar böhtançı Svetlana Hüseynova hazırda keçmiş iş yoldaşlarını – 38 nəfər müəllimi təkrar-təkrar məhkəməyə verir. Məktəbin içində onun icraçıları olan Saleh Məmmədov, Kəmalə Mönsümova, Lalə Şəfəqətova və Aybəniz İbrahimova ilə mütəmadi əlaqə saxlayaraq məktəbdə sabitliyi pozmağa yönəlik addımlar atır.

Daxil olan səs yazılarında və sənədlərdə iddia olunur ki, bu şəxslər məktəb daxilində müxtəlif təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd ediblər. Səs yazılarından birində Teymur Həsənovun Saleh Məmmədova zəng edərək 102 Zəng Xidmətinə şikayət etməyi və yanlış məlumatlar verməyi tövsiyə etdiyi bildirilir. Digər səs yazılarında isə Svetlana Hüseynovanın Aybəniz İbrahimova və Kəmalə Mönsümova ilə əlaqə saxlayaraq məktəb daxilində qarışıqlıq yaratmağı tapşırdığı qeyd olunur.

Qeyd edilən üç müəllim – Saleh Məmmədov, Kəmalə Mönsümova və Lalə Şəfəqətova artıq əmək fəaliyyətinə xitam verilmiş şəxslərdir. Mənbələrin iddiasına görə, bu şəxslərin məktəb daxilində müxtəlif etika və peşə qaydalarına zidd davranışlara yol verdikləri qeyd olunur.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının və Təhsil Nazirliyinin mövqeyi gözlənilir.

Məsələ ilə bağlı yazıda adları keçənlərin mövqeyini öyrənmək mümkün olmadı. 

Onlarında münasibətini dərc etməyə hazırıq.

Bulvar idarəsinin sabiq sədri 14 ilədək cəza ala bilər

Gündəm

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin növbəti baxışı keçirilib.

Mediaxeberleri.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktının davamını elan edib.

Hakim sabiq sədrin torətdiyi cinayət əməllərinin sübuta yetiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini bildirib.

Təqsirləndirilənlər İllqar Mustafayev, Rəşad Bədəlov və Fuad Babayev özlərini təqsirli bilməyiblər.

Məhkəmə ilkin olaraq sərbəst ifadə üçün İlqar Mustafayevə söz versə də o, çıxışı üçün vaxt istədiyindən, sərbəst ifadə imkanı digər təqsirləndirilən Rəşad Bədəlova verilib.

Rəşad Bədəlovda öz növbəsində buna hakimdən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Səfərovun məhkəməsi: vəkilin vəsatəti təmin edildi

Gündəm

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin onunla yanaşı əyləşməsinə şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Daha sonra R.Səfərov dövlət ittihamçısının dələduzluq ittihamı, həmçinin zərərçəkmiş Natiq İmamqulyevə xəsarət yetirilməsi iddiası ilə bağlı məsələlərlə bağlı sualları cavablandırıb.

Növbəti proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

В будущее В прошлое

Навигация