Hidayət Heydərov bu tarixdə Bakıda olacaq: Təyyarə saat 05:15-də... - EKSKLÜZİV
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan komandasına hələlik yeganə qızıl medalı qazandıran cüdoçu Hidayət Heydərovun Azərbaycana qayıdacağı vaxt məlum olub. İdmançımız avqustun 4-də vətənə qayıdacaq. Mediaxeberleri.Az-a bu barədə Azərbaycan Cüdo Federasiyasından eksklüziv məlumat verilib. Olimpiya çempionumuzun olacağı təyyarə səhər saat 05:15-də Bakıda, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: