Paşinyan Ermənistanın KTMT-nin sənədlərini ratifikasiya etməməsinin səbəbini açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bir sıra sənədlərini ratifikasiya etməməsini və ona qoşulmamasının səbəbini açıqlayıb. “Report” xəbər verir ki, o, bu barədə "La Repubblica" qəzetinə müsahibəsində deyib. “Ermənistan ictimaiyyətində Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatının (KTMT) praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir. Hesab edirəm ki, bu, göz qabağındadır”, - Paşinyan qeyd edib. “Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, Kollektiv Təhlükəsizlik Təşkilatınındır. İzahatlara gəldikdə, bunlar çox fərqli ola bilər, amma heç olmasa bizim nöqteyi-nəzərimizdən izahların vacib olmadığını və bu baxımdan Ermənistan ictimaiyyətinin KTMT praktikasına qarşı dərin məyusluq yaşadığını və bunun davam etdirdiyini düşünürəm”, - Paşinyan vurğulayıb. “Bu, həm də Ermənistanın 2022-ci ilin payızında İrəvanda keçirilən KTMT sammiti zamanı bir sıra sənədləri ratifikasiya etməməsinin və ya ona qoşulmamasının səbəbidir”, - baş nazir əlavə edib.