İranda qızlar məktəbi vuruldu: 51 ölü, 60 yaralı
İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub. Mediaxeberleri.Az xəbər verir ki, məlumatı İran mediası yayıb. Yaralıların sayı barədə məlumat verilməyib. *** İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb. Məlumatı İran mediası yayıb. Bildirilib ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb. *** İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb. Bu barədə "Tasnim" məlumat yayıb. Hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















