"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Sözügedən görüş mərkəzi qarşılaşmalardan hesab olunurdu. Çünki bu oyunadək "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci idi. Lakin "Zirə" qələbə sayəsində xallarının sayını 38-ə yüksəldib və mövqeyini möhkəmləndirib. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatmışdı. 27 fevral (cümə) 18:00 . “Araz-Naxçıvan” – “Zirə” - 0:1 Qol: A.Qomis, 67 (0:1) 14:30. “Kəpəz” – “Sumqayıt” - 3:0 Qollar: Ryonosuke Ohori, 2 Luis Paçu, 19, 40-pen. Qırmızı vərəqə: Nikola Ninkoviç, 62 ("Sumqayıt") 28 fevral (şənbə) 14:30. “Şamaxı” – “Neftçi” 17:00. “Qəbələ” – “Karvan-Yevlax” 1 mart (bazar) 16:30. “Turan Tovuz” – “İmişli” 19:00. “Qarabağ” – “Sabah” Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu





















