Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.Az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib: "Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya) "Genk" (Belçika) - "Frayburq" (Almaniya) "Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya) "Bolonya" (İtaliya) - "Roma" (İtaliya) "Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya) "Selta" (İspaniya) - "Lion" (Fransa) "Nottinqem Forest" (İngiltərə) - "Midtyullann" (Danimarka) "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə). Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















