Rusiyaya daha bir ZƏRBƏ: Yanvarın 1-dən etibarən…
ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yanvarın 1-dən etibarən Rusiyadan almaz idxalını qadağan edəcək. Mediaxeberleri.Az xəbər verir ki, G7 ölkələri rəsmilərinin açıqlamalarına görə, Rusiyadan almaz idxalına qadağa qoyulması qərarı 3 həftə ərzində açıqlanacaq. Dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarı dəyişəcək. Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və Rusiya almazlarını izləmək üçün ortaq bir sistem tətbiq olunacaq. G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək. Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənardan gələn brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq. Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir. Dünyadakı kobud almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır. Almazların 90 faizi Hindistanda emal olunur. Səid Əhmədli
Gununsesi.info