Antibiotiklər psixi sağlamlığa necə təsir edir?
Antibiotiklərin həddindən artıq və nəzarətsiz istifadəsi yalnız bağırsaq sağlamlığına deyil, insanın psixoloji vəziyyətinə də təsir göstərə bilər. Mediaxeberleri.Az bildirir ki, araşdırmalara görə, bağırsaq mikrobiomu ilə beyin arasında sıx əlaqə mövcuddur. Bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizm həzm prosesindən əlavə, hormonların istehsalında və beyin funksiyalarının tənzimlənməsində də mühüm rol oynayır. Antibiotiklər bağırsaq florasının tarazlığını poza bilər Antibiotiklər zərərli bakteriyalarla yanaşı, faydalı mikroorqanizmləri də məhv edə bilər. 2018-ci ildə “Nature” jurnalında dərc olunan araşdırmada antibiotik istifadəsinin bağırsaq mikrobiomunun tərkibində ciddi dəyişikliklərə səbəb olduğu müəyyən edilib. Bəzi faydalı bakteriyaların müalicədən aylar sonra belə tam bərpa olunmadığı müşahidə edilib. Bağırsaq sağlamlığı əhval-ruhiyyə ilə əlaqəlidir Bağırsaq-beyin əlaqəsi mikroorqanizmlərin insanın əhvalına və beyin fəaliyyətinə təsir göstərə bilir. Elmi araşdırmalarda bağırsaq mikrobiomundakı dəyişikliklərlə depressiya və narahatlıq halları arasında əlaqə olduğu bildirilir. Bununla yanaşı, meyvə, tərəvəz, balıq və tam taxıllarla zəngin qidalanmanın bağırsaq sağlamlığını dəstəklədiyi və psixoloji rifaha müsbət təsir göstərə biləcəyi qeyd olunur. Qeyd: Antibiotiklər yalnız bakterial infeksiya olduqda və həkim göstərişi ilə istifadə edilməsi vacibdir.





















