Türkiyəyə gedənlərə xəbərdarlıq: 9 nəfərdə bu virus tapıldı
Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda COVID-19-un "Eris" variantının 9 nəfərdə görüldüyünü və bunun narahatlıq doğurmadığını bildirib. Mediaxeberleri.Az xəbər verir ki, nazir açıqlamasında bu variantın xaricdə təmasları olan insanlarda görüldüyünü qeyd edib: "Narahatlığa səbəb sayıla bilməyəcək bir inkişafdır. Yoluxdurma gücünün az olduğunu bildiyimiz Eris variantı Referans Laboratoriyamızda aparılan müayinədə 9 nəfərdə görülüb. Daha çox xaricdən gələn və ya eyni əyalətlərdən olan insanlarda görünüb. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə də var, bizdə də yaranması mümkün idi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq". Mütəxəssislər bildirir ki, koronavirusun “Eris” variantında ən çox rast gəlinən şikayət epidemiyanın ilk günlərində də müşahidə olunan dad və qoxu itkisidir.