Avro-2024: İlk 1/4 finalçı bəlli oldu
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir. Qeyd edək ki, görüşü polşalı hakim Şimon Marçinyak idarə edir. *** 37-ci dəqiqədə İsveçrə millisinin oyunçusu R.Freuler hesabı açıb: 1 - 0 *** 45-ci dəqiqədə R.Varqas daha bir topu İtaliyanın qapısından keçirib: 2 - 0 *** Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: