Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi

  • Tarix: 20-04-2024, 10:37

Bu hekayə kənd uşağının karyera yolundakı çətinlikləri, zəhməti, uğurları, dirənişi, mübarizəsindən bəhs edir. O, sosial şəbəkələrdə, mətbuatda ABŞ-nin Texas Universitetində “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi kimi tanınıb. 2021-ci ildə bu universitetə qəbul olan 32 nəfərdən biri idi. O zaman doğulub, böyüdüyü kənd, rayon onunla fəxr edirdi. İki il gecə-gündüz çalışıb, böyük zəhmətlə əldə etdiyi nailiyyətini başa vurmadan, yarımçıq qoymaq məcburiyyətində qalıb. Amma bu, onun üçün son deyildi. Mübarizəyə sıfırdan başlayır və dənizçilik təhsilini İsveçdə tam təqaüdlə qəbul olduğu Dünya Dənizçilik Universitetində davam etdirir.

Mediaxeberleri.Az xəbər verir ki, “Kaspi” qəzetinin “Örnək” rubrikasının müsahibi dənizçi Emin Sədirovdur.

Ailəsinin ilk dənizçisi

Biləsuvar rayon Xırmandalı kəndində sadə kəndli ailəsində böyüyüb. Atası bərbər, anası evdar qadın olub. Orta təhsilini Biləsuvarda kənd məktəbində alıb. 2009-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında dəniz texnikası və texnologiyası ixtisasına qəbul olub. Daha sonra eyni adlı ixtisasda təhsilini magistratura pilləsində davam etdirib. Akademiyada assistent müəllim, baş laborant kimi işləyib. Deyir ki, ailə, qohum-əqrəba arasında ilk dənizçidir: “Ailəmdə dənizçilik təhsilini alan olmayıb. Əslində, mən də dənizçi olacağımı gözləmirdim. Hətta qəbul olduğumu bildikdə, oxumaq istəmirdim. Çünki bu sahənin dərinliyinə bələd deyildim. Təhsil müddətində ixtisasımı kəşf etməyə başladım və gördüm ki, çox maraqlıdır. Məsələn, peşəni icra edərkən dünyanın 175 ölkəsinə səyahət edə bilərsən. Çünki Azərbaycan Dövlət Dəniz Akademiyası beynəlxalq dənizçilik təşkilatına üzv olan ölkələrlə əməkdaşlıq edir və diplomu dünyanın 175 ölkəsində tanınır. Nəinki dənizçi olmaq, bu sahəni xaricdə də öyrənib, dənizçilər yetişdirmək qərarına gəldim”.

“Akademiyadan müəllimlik təklifi aldım”

Universitetdə təhsil ala-ala rektorun diqqətini cəlb edir və ona müəllimlik təklif olunur: “Qiymətləri yüksək, nizam-intizamlı tələbə idim. Yəqin ki, bu, rəhbərliyin diqqətini çəkmişdi. Universitetdə dəniz texnikası və texnologiyası üzrə vakansiya var idi. Amma bu iş təklifi mənim üçün gözlənilməz idi. Təklifi heç tərəddüd etmədən qəbul etdim. Həmin ildən həm akademiyada, həm Dənizçilik kollecində dərslərə cəlb olundum. İşçi heyəti də müəllimlik fəaliyyətimdə mənə dəstək oldu”.

Yüksək rəqabətli universitetə təqaüdlə qəbul

Emin ABŞ-də təhsil almaq üçün müəllimlik fəaliyyətini yarımçıq qoyur. Texas A&M Universitetində Okean mühəndisliyi üzrə PhD təhsili almaq üçün sözügedən ölkəyə yollanır: “Bu təqaüdü qazanmaq üçün iki il dayanmadan oxudum. Açığı, çox çətin idi. Məqsədim ABŞ təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasında tətbiq etmək idi. Hədəfimə çatmaq üçün əvvəlcə IELTS sertifikatı aldım. Elə bilirdim ki, ən çətin mərhələ budur, getdikcə asanlaşacaq. Sən demə, imtahanlar hələ təzə başlayırmış. Qəbul dövrüm pandemiyaya təsadüf etdiyi üçün imtahanlarım onlayn idi. Ümumilikdə 42 fənn üzrə yazılı və şifahi imtahan verdim. Sonra mənə “Fellowship” təqaüdünü qazanmağımla bağlı elektron məktub gəldi. Əslində, bu universitet ABŞ-da ən xəsis universitet kimi tanınırdı. Onlardan təqaüd almaq çox çətindir. Hətta son üç imtahanı erməniəsilli professorlar götürdüyü üçün qəbulla bağlı ümidlərimi tam üzmüşdüm, çünki məni qəsdən kəsəcəklərini düşünürdüm. Qəribəsi odur ki, ən yüksək qiymətləri də elə erməni professorlar vermişdi”.

“NASA-ya üzv olduq”

Emin hətta bu təqaüdlə NASA-ya da üzv olub: “ABŞ-də universitetə başladığım dövrdə universitetə gələn NASA əməkdaşları bizi oraya üzv olmağa dəvət etdilər. Bizdə gəmiçilik deyəndə ancaq dənizdə üzən gəmilər başa düşülür. Amma ABŞ-də gəmiçiliyin iki istiqaməti var: kosmik gəmi və dənizləri fəth edən gəmi. Məni kosmik gəmiyə yönəltdilər”. ”

Emin hədəfinə çatmışdı. Həm “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi idi, həm də NASA-ya üzv olub, kosmik gəmi sahəsində təcrübə keçəcəkdi. Lakin planında olmayan qərarı vermək məcburiyyətində qalır. İki il davam edəcək olan ABŞ macərası 40 günə bitir: “Təəssüflər olsun ki, səhhətimdə olan problemlərə görə, təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım. İki illik proses 40 gün ərzində bitdi. O vaxt yadımdadır, 12 minə yaxın tələbə bu təqaüd üçün müraciət etmişdi. Seçilən 32 nəfərdən biri idim. Belə bir məsəl var, sən saydığını say, gör fələk nə sayır”.

“Məcbur qalıb, vətənimə qayıtdım”

Valideynlərinin məsləhəti ilə Bakıya gəlir, müalicəsini Azərbaycanda davam etdirir: “Xəstəliyimi biləndə, üç gün ailəmdən gizlətdim. Gördüm ki, gizlətməklə öz səhhətimə ziyan verirəm və mütləq müalicə almalıyam. Məcbur qalıb, ailəmə dedim. Mənə dedilər ki, təhsil səhhətindən önəmli deyil. Gəl Azərbaycanda müalicə al, sonra təhsilini davam etdirərsən. Xaricdə, xüsusilə xəstələndikdə yaşamaq çox çətindir. Ailə üzvlərinin çarəsiz anında sənə göstərdiyi qayğının əvəzi yoxdur. Hətta öz ölkəndə ailəndən uzaq yaşasan belə, bizim xalqımız istiqanlıdır, hər çətin anında köməyinə çatan olur. Xaricdə bu şansın yoxdur, hər yer sənə yaddır. Məcbur qalıb, vətənimə qayıtdım”.

“İstənilən ölkədə dənizçi kimi fəaliyyət göstərə bilərəm”

Həmsöhbətimiz deyir ki, ölkəyə qayıtdığı üçün “bacara bilmədi”, “universitetdən qovuldu” kimi basqılarla üzləşib. Amma neqativ fikirlər onu gücləndirib və yenidən hədəfinə çatmaq üçün çalışıb: “ABŞ-də təhsilimi dondurmuşdum, qayıdıb davam edə bilərdim. Amma azərbaycanlı professorlar mənə İsveçdə Dünya Dənizçilik Universitetində dəniz hüququ üzrə təhsil almağımı məsləhət gördülər. Çünki bu ixtisas üzrə xaricdə təhsil alıb Azərbaycanda tədris edəcək kifayət qədər kadr və ya müəllim heyəti yoxdur. Bu proqramın da üstünlükləri çox idi. Tam təqaüd verir, bütün xərcləri qarşılayırdılar. Hətta universitet hüquq və siyasət üzrə magistratura təhsili alan tələbələri Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Dəniz Təşkilatına, Niderland, Almaniya, Filippin, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə yerləşən beynəlxalq hüquq məhkəmələrində təcrübələrə göndərirdi. Bu, mənim üçün çox yaxşı şans idi. Sənədlərimi göndərdim, ilkin prosesdə uğurlu namizəd kimi qiymətləndirildim. Beynəlxalq Dəniz Təşkilatının Koreya təqaüdü ilə İsveçin Malmö şəhərində Dünya Dənizçilik Universitetində dəniz hüququ və siyasəti üzrə magistratura pilləsində tam təqaüdlə təhsil alıram. Hazırda universitet dənizçilik təhsili verən ən reytinqli universitetlərdəndir. Buranın diplomu bütün dünya ölkələri tərəfindən tanınır. Yəni universiteti bitirib dünyanın istənilən ölkəsində bu diplomla dənizçi kimi fəaliyyət göstərə bilərəm”.

“Dəniz hüququnu bu tələbələr tədris edə bilməz”

Təhsil aldığı ixtisasın əhəmiyyətinə gəldikdə isə, müsahibimiz vurğulayır ki, dəniz hüququ və siyasətinin məqsədi gəmiçilik şirkətlərinin statusunu beynəlxalq arenada tanıtmaq, qorumaq və müdafiə etməkdir: “Dəniz hüququnu digər hüquq ixtisaslarını bitirən namizədlər, tələbələr tədris edə bilməzlər. Mən də təhsilimi burada bitirib, öz ölkəmdə, tələbələrə bu sahədə tədris etmək fikrindəyəm. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən hər bir tələbə bilməlidir ki, qazandığı ixtisas və işlədiyi sahə beynəlxalq müstəvidə hansı hüquqlara malikdir, qlobal olaraq töhfələri nədir və hüquqları necə qorunur”.

“Ətrafınızda sizə inanan insanlar olmalıdır”

Müsahibimiz deyir ki, ilk dənizçilik təqaüdünü qazandıqda sosial şəbəkələrdəki paylaşımlarda sevinib təbrik edənlərlə yanaşı, “yəqin pulu çoxdur” deyənlərə də rast gəlinirdi: “Mən sadə ailədə böyüyən kənd uşağıyam. İnsanlar düşünür ki, kimsə uğur əldə edirsə, bu, kiminsə sayəsindədir. Mən iki il gecə-gündüz oxuyanda yaşıdlarım öz əyləncələrindən qalmırdılar. ABŞ-yə gedəndə də məhz həmin adamlar dedilər ki, bunun adamı, yaxud pulu var. Bu söhbətlər ailədən gəlir. Ailə və onun ərafında olan insanlar uşağın psixoloji olaraq beyninə yeridirlər ki, uğur qazanan hər bir kəsin mütləq bir dəstək göstərəcək adamı var. Bizdə belə deyildi. İmtahandan kəsilsəm də, aşağı qiymət alsam da ailəm heç vaxt məni motivasiyadan salmırdı. Uğursuz olduqda belə, ailə üzvlərim deyirdilər ki, özünü ruhdan salma, bu dəfə uduzubsan, növbəti cəhdində mütləq qalib olarsan. Ətrafınızda sizi yerə çəkən deyil, sizə inanan insanlar olmalıdır. İstəyirsənsə, mütləq bacaracaqsan. İradənin qarşısında heç nə dayana bilməz”.


“Bir yerdə axtardığımı tapmıramsa, digər yerdə axtarıram”

Uğurunun sirrinə gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, onun sirri istədiyini əldə etməyənə qədər əl çəkməməkdir: “Bir yerdən “yox” cavabı aldımsa, bu o demək deyil ki, mənim üçün hər şey bitdi. Bir yerdə axtardığımı tapmıramsa, digər yerdə axtarıram. Ən əsası, dəfələrlə cəhd edirəm. Məsələn, büdcəm xaricdə təhsil almağa çatmırdı. Bir neçə universitetə sənədlərimi göndərdim. Bəzilər 50, 75 faiz təqaüd təklif edirdilər. Amma mənə təhsil almaq üçün tam təqaüd lazım idi. Çalışdım, əldə etdim”.


Oxunub: 2 459
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.