Mediaxeberleri.az
    
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?

Son xəbərlər :
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
  • AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
  • Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
  • Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
  • Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
  • Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
  • Bakı-Ankara münasibətləri Astananı da narahat edir
  • Konfrans Liqası: III turun oyunları keçirildi
  • İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Məktəbli formaları dəyişdirilir?

  • Tarix: 16-06-2026, 12:25

Təhsil müəssisələri yalnız akademik biliklərin verildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial bacarıqlar qazandığı, kollektiv davranış vərdişlərini mənimsədiyi və gələcək ictimai həyata hazırlaşdığı mühüm sosial institutlardır. Məktəb mühitində formalaşan nizam-intizam, davranış mədəniyyəti, qarşılıqlı hörmət və məsuliyyət hissi şagirdlərin gələcək peşəkar ictimai fəaliyyətində mühüm rol oynayır. Məhz buna görə təhsil sahəsində həyata keçirilən islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsinə deyil, eyni zamanda müasir, təhlükəsiz, nizamlı və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına yönəlib. Bu kontekstdə dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı vahid yanaşmanın hüquqi əsaslarının dəqiqləşdirilməsi və təhsil prosesinin bütün iştirakçıları üçün ümumi prinsiplərin müəyyən olunması təhsil idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər də məktəbdaxili təşkilati mədəniyyətin möhkəmləndirilməsinə, peşəkar iş mühitinin inkişafına və tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir.

 

Xüsusilə qeyd olunmalıdır ki, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi yalnız zahiri görünüş məsələsi kimi qiymətləndirilməməlidir. Bu yanaşma məktəbin idarəetmə fəlsəfəsinin və təşkilati mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onun əsas məqsədi tədris prosesinə diqqətin daha çox yönəldilməsi, təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıra biləcək vizual elementlərin minimuma endirilməsidir. Bu baxımdan həm təhsilalanların, həm də təhsilverənlərin zahiri görünüşündə müxtəlif subkulturaları və cərəyanları simvolizə edən atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsi məktəb mühitinin neytrallığının, nizamlılığının və təlimyönümlü xarakterinin qorunmasına xidmət edir. Beləliklə, məktəb mühitində diqqətin zahiri fərqliliklərə deyil, ilk növbədə, təhsil prosesinə, şəxsi inkişafa və əldə olunan nailiyyətlərə yönəldilməsi vahid yanaşmanın əsas məqsədlərindən biri kimi çıxış edir.

Mövcud məktəbli forması dəyişdirilmir

 

Ölkəmizdə dövlət ümumi təhsil müəssisələrində məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin prioritetlərindən biridir. Aydın və vahid qaydalar əsasında fəaliyyət göstərən məktəblərdə tədris prosesi daha səmərəli təşkil olunur, müəllim və şagird münasibətləri qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq prinsipləri üzərində formalaşır, sağlam və təhlükəsiz təhsil mühitinin inkişafı təmin edilir. Vahid yanaşmanın tətbiqi məktəbdə kollektiv məsuliyyət hissinin möhkəmlənməsinə, ümumi qaydalara hörmət mədəniyyətinin inkişafına və təhsil müəssisəsinin təşkilati kimliyinin güclənməsinə töhfə verir. Həmçinin bu yanaşmanın tətbiqi dünyanın bir çox ölkəsində qəbul edilən təcrübədir və peşəkar atmosferin formalaşdırılmasının mühüm elementlərindən hesab olunur.

 

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Bu dəyişiklik yeni məktəbli formasının tətbiqi və ya mövcud formanın dəyişdirilməsi demək deyil. Əsas məqsəd mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

 

Məktəbli forması uzun illərdir təhsil mühitinin təşkilati mədəniyyətinin ayrılmaz elementlərindən biri kimi tətbiq olunur. O, şagirdlərdə məktəbə aidlik hissinin, kollektiv ruhun, nizam-intizamın və məsuliyyət anlayışının formalaşmasına müsbət təsir göstərir. Bununla yanaşı, vahid məktəbli forması sosial-iqtisadi fərqlərin zahiri görünüş üzərindən ön plana çıxmasının qarşısını almağa, ayrı-seçkilik risklərini minimuma endirməyə və şagirdlərin diqqətinin daha çox təhsil prosesinə, şəxsi inkişafına və akademik nailiyyətlərinə yönəlməsinə əlverişli şərait yaradır. Bu baxımdan məktəbli forması yalnız geyim elementi deyil, həm də bərabər imkanların, məktəb kimliyinin və vahid təhsil mühitinin formalaşdırılmasına xidmət edən mühüm təşkilati vasitələrdən biri kimi qiymətləndirilir.

Müəllimlərin işgüzar görünüşü peşəkar təhsil mühitinin mühüm elementidir

 

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması da dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə çatdıran şəxs deyil, eyni zamanda, davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu yerinə yetirir. Bu baxımdan müəllimin işgüzar üslubda olması onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun şəkildə ifadə edir. Səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm amillərdən hesab olunur. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmamasına kömək edir, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir. Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir. Müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.

 

Müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verir. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir. Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının daha da artmasına və ümumilikdə sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.

Vahid təhsil mühitinin mühüm tərkib hissəsi – valideyn-məktəb əməkdaşlığı

 

Valideynlərin bu prosesdə iştirakı və dəstəyi xüsusi əhəmiyyət daşıyır. Məktəb ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətlər təhsil müəssisələrində tətbiq olunan vahid yanaşmaların uğurla həyata keçirilməsinin əsas şərtlərindən biridir. Valideynlərin məktəbdə formalaşdırılan qayda və prinsipləri anlayışla qarşılaması, onları dəstəkləməsi uşaqların məktəb mühitinə daha asan uyğunlaşmasına, kollektiv məsuliyyət hissinin inkişafına və ümumi qaydalara hörmət mədəniyyətinin formalaşmasına mühüm töhfə verir. Uşaqların hərtərəfli inkişafı yalnız təhsil müəssisələrinin deyil, ailənin də ortaq məsuliyyətidir. Məktəb və valideyn arasında səmərəli əməkdaşlıq sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının əsas amillərindən biri hesab olunur.

 

Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Onların əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır. Eyni zamanda, bu yanaşma uşaqların maraqlarının qorunmasına, məktəb–ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, eləcə də müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edir. Bu baxımdan nəzərdə tutulan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsinə yönəlmiş kompleks institusional addım kimi qiymətləndirilə bilər.AZƏRTAC


Oxunub: 506
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Bu gün, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Bu gün, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Bu gün, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Bu gün, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Bu gün, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Bu gün, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Bu gün, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Bu gün, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Bu gün, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Bu gün, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Bu gün, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Bu gün, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Bu gün, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Bu gün, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Bu gün, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Bu gün, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Bu gün, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Bu gün, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    Dünən, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    Dünən, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    Dünən, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    Dünən, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    Dünən, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    Dünən, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Dünən, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    Dünən, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    Dünən, 16:05 | Prezident fərman imzaladı
    Dünən, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    Dünən, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    Dünən, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Dünən, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Dünən, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Dünən, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Dünən, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Dünən, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Dünən, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Dünən, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Dünən, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Dünən, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Dünən, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Dünən, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Dünən, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Dünən, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Dünən, 07:03 | Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
    Dünən, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Dünən, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Dünən, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Dünən, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.