Mediaxeberleri.az
    
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
    Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
  • 
  • Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
    Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
  • 
  • “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • 
  • Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
    Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
  • 
  • Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
    Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
  • 
  • Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
    Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
  • 
  • “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
    “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
  • 
  • Qızıl ucuzlaşdı - VİDEO
    Qızıl ucuzlaşdı - VİDEO
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
  • 
  • 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
    80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
  • 
  • Qubada kəndin örüş sahələri satılır? - VİDEO
    Qubada kəndin örüş sahələri satılır? - VİDEO
  • 
  • Bəzi rayonlara intensiv yağış yağır
    Bəzi rayonlara intensiv yağış yağır

Son xəbərlər :
  • Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
  • Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
  • Yeni peşə təhsili ixtisasları yaradıldı
  • Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
  • Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
  • Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
  • Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
  • Azərbaycanda 50 min manatlıq yeni cərimə...
  • Rusiya 5 yerə parçalanacaq - Yeni dövlətlərin adları...
  • Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • Rusiyada benzin böhranı dərinləşir - Daxili çaxnaşma gözlənilir
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • "Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb - VİDEO
  • Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür
  • Ukrayna sərhədi keçərsə... – Belarusdan xəbərdarlıq
  • Putin narahatdır, Gerasimov prezidenti aldadır
  • Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qərb Bakıya izahat verir: Bölgədə sülhə qarşı “Brüssel planı” qüvvədədir

  • Tarix: 5-04-2024, 09:57

ABŞ dövlət katibi Entoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçiriləcək Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlıdır. Tərəflər Azərbaycanı əmin etməyə çalışır ki, bu görüş “iqtisadi xarakter” daşıyır və Bakıya qarşı yönəlməyib.

“İzahat”, yaxud “hesabat” xarakteri daşıyan bu telefon zənglərində diqqətçəkən məqamlar var.

Birincisi, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzudur: Ermənistanı dəstəkləməyə hazırlaşan ABŞ və AB bunun Azərbaycanla münasibətlərə xələl gətirməsindən çəkinir, çünki Vaşinqton və Brüsseldə anlayırlar ki, Bakıya qarşı addımın mənfi nəticələri olacaq:

- Azərbaycanın razı olmayacağı hansısa planın Cənubi Qafqazda effektivliyi sual altındadır;
- Bakını qarşılarına alaraq, hərəkət etmək ABŞ və AB üçün bu bölgədə Fransanın taleyi ilə üzləşmək deməkdir: regiondakı proseslərdən kənarlaşdırıla bilərlər;
- Cənubi Qafqazda Azərbaycana qarşı istənilən xoşagəlməz addım Avropanın enerji təhlükəsizliyinə risklər yarada bilər;

İkincisi, Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzlu lider olaraq qəbul edilməsidir: Blinken və Leyenin Brüssel görüşü ilə bağlı Əliyevə izahat verməsi bunu bir daha isbat edir;

Üçüncüsü, Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Brüsseldə böyük ümidlərlə bir araya gələcəyi hər iki siyasətçi – Blinken və Leyen ondan öncə Prezident İlham Əliyevlə məsləhətləşmək zərurəti ilə üzləşib: bu, Ermənistanın “marionetka”, Azərbaycanın regionun həlledici gücü olduğunun əyani nümunəsidir.

Bu telefon zəngləri Azərbaycan liderinin Brüsseldə “erməni formatı” olaraq hazırlanan və Ermənistanın böyük ümidlər bəslədiyi görüşə - planlara müdaxilə etməyə, Bakının mövqeyini ortaya qoymağa nail olduğunu da göstərir. Və bu, məhz Əliyevin beynəlxalq müstəvidə nüfuzlu siyasətçi olmasından irəli gəlir, əks təqdirdə, Brüssel və Vaşinqtonda Bakıya zəng etmək zərurətini hiss etməzdilər.

Blinken və Leyenin Bakıya etdiyi zəngin Prezident İlham Əliyevi görüşün “təhlükəsiz” olduğuna inandırmaq məqsədi daşıdığı məlumdur. Lakin Bakıda baş verənlərin təhlükəsindən, xüsusilə Cənubi Qafqazda sabitliyə yarada biləcəyi risklərdən xəbərdardırlar. Prezident İlham Əliyev Blinken və Leyenə Azərbaycanın bununla bağlı mövqeyini çatdırdı.

Görüş iddia edildiyi kimi, “iqtisadi xarakter” daşısa da, bunun Qərb qüvvələrinin Ermənistanda geniş tərkibdə yerləşməsi və bölgənin geosiyasi mübarizə poliqonuna çevrilməsinin əsasını qoyacağı aydın görünür. Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi və humanitar yardımların edilməsi” də məhz bu ölkəni iqtisadi baxımdan tamamilə asılı olduğu Moskvadan uzaqlaşdırmaq məqsədi daşıyır. Ki, prosesin davamında Rusiya hərbçilərinin Ermənistandan çıxarılması, yerinə Qərb qoşunlarının daxil edilməsi qaçılmaz olacaq. Qərbin kollektiv dəstəyi Ermənistanda Azərbaycana qarşı revanşizmin yenidən körüklənməsinə də şərait yarada bilər, çünki İrəvanda Bakı ilə “istədikləri kimi” danışa bilmək üçün uzun müddətdir belə bir dəstəyi gözləyirlər. Nəticə etibarilə, baş verənlər bölgədə sülh perspektivini təhlükə altına salır.

Brüssel görüşünün bölgədə sülhə risklər yaratdığını təkcə Azərbaycan yox, region ölkələri bəyan edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu görüşün Moskvada narahatlıq doğurduğunu bildirib. Rusiya XİN-in nümayəndəsi Ermənistan-AB-ABŞ formatının Cənubi Qafqazda sabitliyi dağıtmaq və bölücü xətləri inkişaf etdirmək məqsədi daşıdığını bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilir ki, Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan AB-Ermənistan-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.

“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional faktorların prosesə zərər vurmamaq üçün ədalətli və qərəzsiz, ehtiyatla yanaşması daha da vacibdir. Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, AB və ABŞ arasında üçtərəfli görüşün münaqişənin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur. Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, onun geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik”, - rəsmi Ankara bəyan edir.

Cənubi Qafqazda geosiyasi toqquşma riski yaradan planlarla bağlı Bakıdan, Moskvadan, Ankaradan, hətta Avropanın özündən səs çıxsa da, region ölkəsi İrandan səs-soraq yoxdur. Halbuki, indiyə qədər bölgəyə “kənar qüvvələrin gətirilməsini” qəbul etməyəcəyi haqda ən çox danışan Tehran olub. Bu iddialarla Azərbaycanı ittiham edən İran Ermənistanın bölgəni Qərbin hərbi kontingenti üçün bazaya çevirməsi qarşısında “yoxa çıxıb”, baş verənlərin onun özünün də təhlükəsizliyini təhdid etdiyini bildiyi halda. İranın separatizm qoxusu verən bu susqunluğu Tehranın Qərblə, xüsusilə Fransa ilə gizli sövdələşmədə olduğu, Ermənistan üzərindən bölgədə tətbiq etmək istədikləri planlarda yer aldığı şübhələrini ön plana çıxarır.

İranın görmək istəmədiyi təhlükəni uzaq Avropada belə hiss edən ölkələr var. Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqeyinin İtaliya tərəfindən tənqid edilməsi bunu göstərir. İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəyanatlarını tənqid edib.

“Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurne sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı”, - İtaliyalı diplomat vurğulayıb.

Göründüyü kimi, hər şey Blinken və Leyenin dediyi kimi “təhlükəsiz” deyil. Baş verənlər bu gün Cənubi Qafqazda qeyri-sabitlik mərhələsinin başlanğıcının qoyulacağı narahatlığını yaradır. Və bəllidir ki, bu qarşıdurmada “ayaqlar altında qalan” ölkə də alət olaraq istifadə edilən Ermənistan olacaq.

Asif Nərimanlı 


Oxunub: 553
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 15:47 | Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
    Dünən, 15:36 | Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
    Dünən, 15:34 | Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Dünən, 15:32 | Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
    Dünən, 15:30 | Yeni peşə təhsili ixtisasları yaradıldı
    Dünən, 15:29 | Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
    Dünən, 15:27 | Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
    Dünən, 12:38 | Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
    Dünən, 12:34 | Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
    Dünən, 12:30 | Azərbaycanda 50 min manatlıq yeni cərimə...
    Dünən, 12:26 | Rusiya 5 yerə parçalanacaq - Yeni dövlətlərin adları...
    Dünən, 09:06 | Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
    Dünən, 09:03 | DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    Dünən, 09:01 | Rusiyada benzin böhranı dərinləşir - Daxili çaxnaşma gözlənilir
    Dünən, 08:58 | Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    29-06-2026, 16:16 | "Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb - VİDEO
    29-06-2026, 16:13 | Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür
    29-06-2026, 14:39 | Ukrayna sərhədi keçərsə... – Belarusdan xəbərdarlıq
    29-06-2026, 14:36 | Putin narahatdır, Gerasimov prezidenti aldadır
    29-06-2026, 13:27 | Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
    29-06-2026, 12:04 | Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    29-06-2026, 12:02 | MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    29-06-2026, 12:00 | Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir
    29-06-2026, 11:59 | Arazdəyən yolunda müəmma: daha 3 erməni yandı
    27-06-2026, 23:21 | Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var
    27-06-2026, 23:19 | "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    27-06-2026, 22:44 | Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
    27-06-2026, 22:42 | Türkiyə futbolunda Məsud Özil dövrü başlayır
    27-06-2026, 22:38 | Venesuelada ölənlərin sayı 1430-a çatdı
    27-06-2026, 20:23 | İranda daha bir nəfər edam edildi
    27-06-2026, 19:57 | Mayda çökən körpünün təmiri niyə ləngiyir?
    27-06-2026, 19:55 | Bu, dünya çempionatı yox, fəlakətdir - İran millisinin kapitanı
    27-06-2026, 19:51 | İtkin düşən 11 nəfər tapıldı - DİN
    27-06-2026, 19:48 | İkinci qəbul imtahanı asan olacaq? - Nuri
    27-06-2026, 16:05 | Nəriman Həsənzadənin son durumu...
    27-06-2026, 15:32 | Tehrana zərbələr endirildi
    27-06-2026, 15:29 | Rusiya bu yaşayış məntəqəsini işğal etdi
    27-06-2026, 15:27 | Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
    27-06-2026, 15:01 | General bu vəzifəyə gətirilə bilər
    27-06-2026, 14:59 | “Qarabağ”ın oyunları Sport TV-də!
    27-06-2026, 14:58 | Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
    27-06-2026, 12:44 | Çimərliyə getmək istəyənlərin nəzərinə!
    27-06-2026, 12:43 | "Qarabağ"dan ayrılan Andradenin yeni klubu açıqlandı
    27-06-2026, 12:12 | Leyla və Arzu Əliyevalar Bulvarda gül əkdilər - Foto
    27-06-2026, 12:09 | Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
    27-06-2026, 12:08 | Rusiya və Çin təyyarələri Koreyanın hava sahəsinə yaxınlaşdı
    27-06-2026, 12:05 | DYP hava ilə bağlı sürücülərə müraciət etdi
    27-06-2026, 12:04 | Dörd günlük güclü maqnit qasırğası olacaq
    27-06-2026, 12:02 | Dörd günlük güclü maqnit qasırğası olacaq
    26-06-2026, 09:16 | Sərhədlərə sığmayan şəhərin həqiqətləri: Şuşada illərin yarası necə sağaldı? - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.