Daha 183 erməni yaraqlısı Azərbaycan ərazisini tərk etdi - FOTO
Bu gün Xankəndidən gələn 183 nəfər Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan torpaqlarını tərk ediblər. Medıaxeberlerı.Az xəbər verir ki, sözügedən şəxslər tələbə adı altında keçid məntəqəsindən Ermənistan ərazisinə gediblər. Məlumata görə, 183 nəfərdən 155-i Ermənistan, 26-sı Rusiya, 2-si isə Ukrayna vətəndaşı olub. Qeyd edək ki, artıq bir neçə gün öncədən etibarən Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edirlər.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: