Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi olacağam” - VİDEO
Baku TV sentyabr döyüşlərində şəhid olan Asiman İmamverdiyevin ailəsini ziyarət edib. Şəhidin anası Nafiyət İmamverdiyevanın sözlərinə görə, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub: “Dedi ki, nə olur-olsun hərbçi olacağam. Türkiyədə təlim keçəndən sonra Tovuz döyüşlərində iştirak etdi. Göstərdiyi rəşadətə görə ona “Azərbaycan Bayrağı” ordeni verildi”. A.İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva isə şəhidimizin qayğıkeş ata olduğunu vurğulayıb: “Qızımda anadangəlmə ürək qüsuru olduğu üçün ona görə çox narahat idi. İnanıram ki, indi rahatdır. Nuray əməliyyat olunub, çox yaxşıdır”. Ətraflı videonu təqdim edirik:
Bizimlə əlaqə saxlayın
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: