"Çalıkuşu" gözəlinin evlilik haqqında sözləri GÜNDƏM YARATDI
"Çalıkuşu" serialında unudulmaz obrazı ilə yaddaqalan aktrisa Aydan Şenerin evlilik haqqında fikirləri gündəm yaradıb. Mediaxeberleri.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Əhməd Mümtaz Taylanın "Empati" verilişinin qonağı olub. Şener "Eşq nədir?" sualına belə cavab verib: "Ehtirasla baş verirsə, çox gözəldir, amma müvəqqətidir. Sevginin vərdişə çevrilməsi də gözəldir. Amma məncə sevgini ehtirasla yaşamaq lazımdır. Bu, insanları xoşbəxt edən və müsbət enerji verən bir duyğudur". Əhməd Mümtaz Taylanın "Evlilik sizin üçün nə deməkdir?" sualına isə aktrisanın cavabı gözlənilməz olub. "Evlilik mənə görə deyil. Çox erkən ailə qurdum, övladım oldu. Yaxşı ki, evlənmişəm və Ecem dünyaya gəlib, bu başqa. Lakin 8-9 illik evlilikdən sonra ayrıldım və bir daha ailə qurmadım. Evlilik haqqında heç düşünməmişəm. İnsan təbiətinə çox uyğun gələn bir qurum olduğunu düşünmürəm" , - kino ulduzu vurğulayıb.