Könül Kərimovadan etiraf: "Ailəm sevgi üzərində qurulmayıb" - VİDEO
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib. Mediaxeberleri.Az xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində ilk sevgisindən söz açıb.
Kərimova bildirib ki, sevərək ailə qurmayıb: "Məktəb vaxtlarımda sevdiyim bir oğlan olub. Amma biz qovuşmamışıq. Əvvəllər oğlanın bir qıza "Səni sevirəm" deyə bir şeylər yox idi. Biz bir-birimizi uzaqdan sevirdik. Mənim qurduğum ailə sevgi ilə olmayıb".
Qeyd edək ki, Könül Kərimova bir dəfə ailə həyatı qurub. Onun bu nikahdan Rəşad və Ləman adlı iki övladı var.
Oxunub: 559
Xəbəri paylaş
Paylaş: