Rusiya ilə hərbi əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz - Paşinyan
Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz. “Report” Ermənistanın İctimai Radiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan deyib. “Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”, – o vurğulayıb. Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir.
Oxunub: 428
Xəbəri paylaş
Paylaş: