Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
  • Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
  • Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanın ən uzunömürlü ailəsi - FOTO

  • Tarix: 30-01-2024, 09:29

Azərbaycanın ən uzunömürlü ailəsinin Naxçıvanda yaşadığı məlum olub.

Təməli 75 il əvvələ dayanan ailə haqqında “Şərq qapısı” qəzeti məqalə hazırlayıb.

Həmin məqaləni təqdim edirik:

Təməli nə az, nə çox düz 75 il bundan öncəyə dayanan bir ailədən bəhs edəcəm, bu yazıda. Ordubad rayonunun Bist kəndində yaşayan bu ailəni əslində çoxdan tanıyıram. Demək olar ki, özümü və dünyanı dərk etdiyim gündən... Həmin ailənin varlığı mənə həyatı bəxş edib desəm, yanılmaram. Elə buna görə də 30 ildən artıq bir dövrünə şahidlik etdiyim iki insanın birgə keçən ömür hekayəsini yazmaq mənim üçün ikiqat məsuliyyətdir. Həm jurnalist, həm də bu ailənin üzvü olaraq...

Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində dünyaya göz açıb. Qonşu Xurs kəndində anadan olan Tutu nənənin isə bu il 94 yaşı tamam oldu. Onların taleyi 75 il bundan öncə, 1949-cu ilin Novruz günündə - martın ayının 21-də birləşib. Əslində, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. O dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onların dilindən, xatirələrindən çox eşidib, təsəvvürümdə çox canlandırmışam. Gəlin, onlarla sizi də tanış edim. Başlayaq 97 yaşlı Mahmud Tahirovdan...

Ailənin 7 övladının ən böyüyü olan Mahmud kişinin ömrünün gənc illəri məşəqqətlə keçib. Atası Əli Tahirov dövrünün tanınmış ziyalılarından olub, xalqının maariflənməsinə can yandırıb. Öz evində 4 illik məktəb açıb, ətraf kəndlərin uşaqlarının təhsil almasına səy göstərib. Mahmud kişinin özü də elə bu məktəbin yetirməsi olub və sonralar qonşu Xurs kəndindəki 7 illik məktəbdə təhsilini davam etdirib. Elə Tutu nənə ilə tanışlıq da həmin illərə təsadüf edib. Bu gənclik məhəbbəti nümunəvi 75 ilə aparan ilk addım olub.

Onların ilk sevgi etirafları vaxtilə həmin məktəbdə öyrəndikləri hərflərlə həkk etdikləri kağız parçalarında yaşayır. İndi də o məktubları ən əziz, ən şirin xatirə kimi qoruyub saxlayırlar. Lakin bu ülvi məhəbbəti uzun illər qəlblərində bir sirr kimi yaşatmalı olublar. Sovet hakimiyyətinin totalitar rejimi və İkinci Dünya Müharibəsinin cənginə aldığı o dövrlər... Mahmud kişinin məktəb açıb xalqın maariflənməsinə çalışan atası bu xeyirxah əməlinə görə represiyya qurbanı olub. Qardaşları isə uzun illər müharibədə iştirak etdiklərindən ailənin əsas yükünü daşımalı olub. Uzun illər boyu hər gün qardaşlarının müharibədən dönməsi xəbərini həsrətlə gözləyən Mahmud Tahirovun təhsil almaq arzusu da sevgisi kimi yarım qalıb.

Bəli, uzun illər müharibənin gətirdiyi ağır, itkilərlə dolu günlərini yaşayan Mahmud baba yaşlı, xəstə anasını və bacısını dolandırıb, evinin, ailəsinin tək dayağı olub. Bütün bunlara görə ürəyində bəslədiyi saf məhəbbəti və oxumaq həvəsini boğmaqla yaşayıb. Lakin qəlbindəki bu arzular heç vaxt sönməyib...

Nə yaxşı ki, atasının aqibətini qardaşları da yaşamayıb müharibədən sağ-salamat qayıdıblar. Müharibə bitdikdən sonra Mahmud Tahirov təhsil almaq arzusundan dörd əlli yapışıb. Ailəsini qardaşlarının himayəsinə verərək Ordubaddakı pedaqoji məktəbə yollanıb, daha sonra Naxçıvanda yeni açılan 2 illik Müəllimlər İnstitutunda ali təhsil alıb.

Mahmud babanın ömür-gün yoldaşı Tutu nənənin gəncliyi də ən az onunku qədər çətin keçib. Bəlkə də daha artıq... Müharibənin ağır və ağrılı həyatını daha çox kişilər çiynində daşısa da, gözü yollarda qalan qadın iztirabı, qadın göz yaşı qədər insan ürəyini heç nə dağlaya bilməz. Onun da təhsil almağa çox böyük həvəsi olub. Xurs kəndində doğulub böyüyən Tutu nənənin bu həvəsi onu bir qədər uzaqlara aparıb. Bir müddət qonşu kənddəki ev şəraitində açılan yeni məktəbdə ibtidai təhsil alıb. Lakin məlum repressiya onun da bu arzusunu ürəyində qoyub. Gənc yaşında atası müharibənin gedər-gəlməzinə yollanıb. Ardınca isə qardaşları İkinci Dünya Müharibəsi iştirakçısına çevrilib. İndi də Tutu nənədən o illəri soruşanda üzündəki dərin hüznü, nisgili, həsrət dolu iztirabı hiss edirsən. Bəzən çox dərinlərə qərq olmuş o gözlərdə qeyri-adi bir parıltı sezirəm. Sanki keçmişi canlandırmaq üçün dərinlərə dalır, o illəri, gəncliyini, qurduğu xəyalları xatırlayır. Nəvələrinin xoş güzəranını seyr edib fərəhlənsə də, kaş ki, o gəncliyi indi yenidən yaşamaq imkanım olaydı deyir bəlkə də... Dodaqları əsə-əsə dediyi sadəcə bir cümləni xatırlayıram: “Biz o günlərimizin hər birini sonuncu gün kimi yaşayırdıq”.

Sevgi hər zaman təsəlli, həyat eşqini daha da alovlandıran bir qüvvədir, deyirlər. O sevgi ki, kəndləri, şəhərləri dağıdan ağır müharibə illəri belə ona qalib gələ bilməz. Uzun müddət sadəcə ürəklərdə yaşayan bu sevgi nəhayət ki, iki gənci qovuşdurub. Ailə qurduqları ilk illərdə 11 nəfərlə bir otaqlı, balaca, köhnə bir evdə qalsalar da, mehriban və xoşbəxt yaşayıblar. Ailəni dolandırmaq üçün bir neçə yerdə işləməli olub Mahmud Tahirov. Qazandığı məvaciblə ailəsini saxlamağa çalışan gənc müəllim müxtəlif illərdə təyinatla Nəhəcir, Göynük, Xoşkeşin kimi kəndlərdə pedaqoji fəaliyyət göstərib. Ömrünün 60 ilə yaxınını gənc nəslin bilikli, savadlı böyüməsinə həsr edib. Müəllimlik fəaliyyətinin son və uzun müddətli ünvanı isə doğma kənd Bistdə keçib. O dövrdən başlayaraq rahat, firavan həyatın ilğımları gənc ailənin başının üzərində sayrışıb. Uzun illərdən bəri çəkilən əziyyətin, zəhmətin bəhrəsini görməyə başlayıblar. Yeni tikilən ev, qurulan təsərrüfat Mahmud kişinin də, Tutu xanımın da ürəyini fərəhlə doldurub. Kənd şəraitinin bütün imkanlarından istifadə edən zəhmətkeş ailə xüsusilə arıçılığa böyük maraq göstərib. Övladları onların arıçılıq ənənələrini bu gün də davam etdirir. Bu günədək “ömür sürən” arı ailələrinin sayı genişlənərək hazırda 120-ə çatıb.

O, peşəkar müəllim kimi tanınmaqla bərabər, həm də qayğıkeş ata, mehriban həyat yoldaşı, həm də sevimli babadır. 70 illik ailə həyatından söz açan Mahmud baba deyir ki: “Uzunömrlülüyün sirri mehribanlıqdı. Nə qədər ki, ailədə kişi ilə qadın arasında hörmət var, hər kəs öz yerini bilir, o ailənin təməli möhkəm olur. Ailədə tərbiyə əsas rol oynayır. Ata-ana mehribandırsa, uşaqlar da mehriban yaşayacaq.”

Sevgi macərasından bəhs edən hansısa bir kitab oxuyanda təsəvvürümdə ilk olaraq onların hekayəsi canlanır. İllər uzunu nəyin bahasına olursa-olsun, çətinlikləri birgə aşaraq sevgiylə yaşayanları, sən demə sevgi yaşadırmış. Yoxsulluq, müharibə, qıtlıq... Hər şeyə  rəğmən ailə səadətini qoruyub saxlayıblar Mahmud babayla Tutu nənə. Halbuki günümüzdə rahat və firavan yaşayış üçün hər şey var. Bəs çatışmayan nədir?

Ailədə qadına, anaya hörmətin əsas şərt olduğunu bildirən Mahmud baba son illər boşanmaların sayının artmasına və uzunömürlü ailələrin sayının azalmasına bu cür aydınlıq gətirdi:  “Ailə bir dövlətdir. Necə ki, dövlətdə hərc-mərclik baş verərsə, dağılıb məhv olar. Ailə də onun kimi. Ailədə söz bir olmalıdır. Əsas məsələ qadınla kişinin bir-birini başa düşüb güzəştə getməsidir. Bu münasibət uşaqlara da sirayət edir və uzunömürlü, nümunəvi bir ailə formalaşır. Ailə böyük bir dəyərdir. Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsin.”

“Boş vaxtlarını nəvələri ilə keçirməyi xoşlayır. Ailəsinə çox bağlı insandır. Mənə, uşaqlarına, gəlinlərinə şeirlər ithaf edib. Xatirə dəftəri bir şairin kitabına bənzəyir”, - deyən Tutu nənə də söhbətə qoşulur. Onun simasında əsl qadın xoşbəxtliyini sezmək heç də çətin deyil: “75 ildir ailəmlə, balalarımla mehriban ömür sürürük. Bundan böyük xoşbəxtlik nə ola bilər? Bizim kimi hər kəsə uzun ömür və xoşbəxtlik arzulayıram!”

Onlar xoşbəxtlikləri ilə əsl Azərbaycan ailə modelini layiqli şəkildə nümayiş etdirirlər. 7 övlad böyüdən ailənin 15 nəvəsi və 13 nəticəsi vardır. Mən də çox xoşbəxt və eyni zamanda qürurluyam ki, belə nümunəvi ailənin bir üzvüyəm. Onlarla fəxr edirəm. Ona görə yox ki, onlar uzun ömür yaşayırlar. Ona görə ki, onlar bu uzun ömrə məna qataraq yaşayıb, əsl ailənin nə olduğunu bizə aşılayıblar. Budur onları bizim üçün nümunə edən!





Oxunub: 1 128
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.