"80 yaşında ata olmaq necə hissdir" sualına BELƏ CAVAB VERDİ
Robert De Niro "AARP" jurnalına müsahibəsində 80 yaşında ata olmasından danışıb. Mediaxeberleri.AZ xəbər verir ki, kino ulduzu 80 yaşında ata olsa da, bu xəbəri böyük sevinclə qarşıladığını bildirib. "Mən 80 yaşlı atayam və bu, çox gözəldir. Məni məşğul edən və ya narahat edən hər şey ona baxanda yox olur. Bu, özlüyündə heyrətamizdir. O, sənə o qədər xüsusi və şirin baxır ki, bütün diqqətinizi özünə çəkir. Digər qızım Helenin də eyni baxışları var idi", - Hollivud aktyoru paylaşıb. O, kiçik qızının böyüməsini görə bilməyəcəyini düşündüyünü deyib və bunu deyərkən göz yaşlarını saxlaya bilməyib: “Böyüyəndə nə olacağını bilmirəm. Amma indi o, çox düşünür, ətrafda baş verənləri diqqətlə izləyir. Bu, çox maraqlıdır. Bundan mümkün qədər tez tam həzz almaq üçün istərdim ki, yanında daha çox qala bilim". Xatırladaq ki, Robert De Nironun kiçik qızı Gia ötən ilin mayında aktyorun 79 yaşı olanda dünyaya gəlib. Qızın anası kino ulduzunun hazırkı sevgilisi, döyüş sənətləri üzrə məşqçi Tiffani Çendir. Qeyd edək ki, aktyor 6 uşaq atasıdır: Dianne Abbott ilə birinci evliliyindən qızı Drena və oğlu Rafael, Qreys Haytauerlə ikinci evliliyindən oğlu Elliot və qızı Helen, keçmiş sevgilisi Tuki Smitdən isə əkiz oğulları Culian və Aaron Kendrik dünyaya gəlib.