“Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam” - Müğənni
“O, ailəmə şər atıb. Mən onu heç vaxt bağışlamaram”. Mediaxeberleri.Az Olay-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Tarixin bir günü” verilişində keçmiş kürəkəni Mustafa Kemal İbil haqda açıqlamasında deyib. Müğənni Mustafa Kemal İbilin ondan aldığı pulu 3 qat artıq qaytaracağı təqdirdə belə, onu bağışlamayacağını vurğulayıb. Xatırladaq ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: