Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, rəqib Fransa seçməsi olacaq. Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanıb. 13:24 Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak edəcəklər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 10 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür. Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunur. Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq. -60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.