Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Mediaxeberleri.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə üç pillə irəliləyib. Millimiz hazırda 1145.18 xalla 124-cü sırada qərarlaşıb. Millimizin ən yaxın izləyicisi olan Ruanda (1145.08) 125-cidr. Farer adaları isə 1150.18) bir pillə irəlidədir - 123-cü yer. Azərbaycan yığması bu ay UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib. Qeyd edək ki, FİFA reytinqinə 2004.48 xalla İspaniya başçılıq edir.
Oxunub: 7
Xəbəri paylaş
Paylaş:





















