Bakının mərkəzində iki dost bıçaqlandı
Bakının Nəsimi rayonunda iki dost bıçaqlanıb. Mediaxeberleri.AZ-ın Report-a istinadən məlumatına görə, Nizami kinoteatrının qarşısında dava zamanı 2003-cü il təvəllüdlü Kənan Raci oğlu Qasımov və 2006-cı il təvəllüdlü Səid Eldar oğlu Orucov bıçaqlanıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı K.Qasımova sol bud, S.Orucova isə sağ sağrı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 580
Xəbəri paylaş
Paylaş: