Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Mediaxeberleri.Az Anz.az-a istinadən xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.


Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















