Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
  • Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
  • Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
  • Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
  • Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
  • Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
  • Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
  • İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
  • Süni intellektin yeni istifadəçiləri kimlərdir?
  • Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
  • Müğənni həbsxanaya göndərildi
  • Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
  • Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
  • Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
  • Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
  • 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
  • Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

  • Tarix: 16-12-2023, 00:00

Qazax Rayon İcra Hakimiyyətində “2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Mülki müdafiə xidmət rəisləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN Gəncə Regional Mərkəzi ilə olan əməkdaşlıqdan söz açan birinci müavin mütəmadi olaraq maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, həmin tədbirlərin bu gün də davam etdirildiyini qeyd edib. Mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayan M.Alıyev bundan sonra da baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınması istiqamətində məqsədyönlü işlərin görüləcəyini, FHN Gəncə Regional Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq şəraitində lazımi tədbirlərin keçiriləcəyini bildirib. M.Alıyev ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu bildirib. “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd edib. M.Alıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət  ayırdığını, bu sahəni daim diqqət mərkəzində saxladığını qeyd edib. Bu gün bu sahədə olan işlərin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Natiq çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. M.Alıyev çıxışı zamanı müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. Hər hansı bir fövqəladə hadisənin baş verməməsi üçün bütün qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsində, hadisənin qarşısının əvvəlcədən alınmasında hər bir vətəndaşın, dövlət məmurunun üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Mövcud nöqsanların aradan qaldırılması istiqamətində verilən təklif və tövsiyələrdən hər kəsin nəticə çıxarmalı olduğunu söyləyib. Qeyd edib ki, məqsəd tədbir iştirakçılarının diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən danışıb. A.Hümbətov cari ildə görülmüş işlərə dair məruzə ilə çıxış edərək bildirib ki, 2023-cü tədris ilində illik Mülki müdafiə tədbirləri planına əsasən Rayon İcra Hakimiyyətində, yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda Mülki müdafiə tədbirlərinin icrası təmin olunmuş, əhaliyə və işçilərə Mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ olaraq aradan qaldırılması üçün Mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Tədris ilində Mülki müdafiə hazırlığında əsas məqsəd - Mülki müdafiənin təbliği, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, Mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsi olmuşdur. Əhalinin maarifləndirilməsi və Mülki müdafiə qüvvələrinin hazırlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. A.Hümbətov qeyd edib ki, 2023-cü tədris ilində Qazax rayonunun idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim planı tərtib edilmiş, Gəncə Regional Mərkəzi ilə razılaşdırılaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən hesabatlar vaxtlı-vaxtında Regional Mərkəzə təqdim olunmuşdur. Eyni zamanda, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən hesabatların Regional Mərkəzə təqdim edilməsi üçün idarə, müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

10 may və 22 noyabr 2023-cü il tarixlərdə Ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi təmin edilmişdir.

Gəncə Regional Mərkəzinin 2023-cü il üçün MM tədbirləri planına uyğun olaraq, 25.05.2023-cü il tarixdə Gəncə Regional Mərkəzinin və Qazax RİH-nin birgə təşkilatçılığı ilə Qazax Magistral Qaz Kəmərləri Sahəsində nümunəvi obyekt mülki müdafiə məşqi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə kurslarının 2023-cü ildə dinləyicilərlə komplektləşdirilməsi planına uyğun olaraq hesabat dövründə “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərləri”, “TTİ üzrə direktor müavinləri”, “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, “Bələdiyyə sədrləri”,“Xilasetmə manqa komandirləri”,“Kəşfiyyat manqa komandirləri”,“Rabitə manqa komandirləri”,“Radiasiya-kimya müşahidə postu komandirləri”,“Yanğınsöndürmə manqa komandirləri”,“Qəza-texniki manqa komandirləri”,“İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”,“Kənd təsərrüfatı heyvanlarının mühafizəsi manqalarının komandirləri”,“Sığınacaq və daldalanacaqlara xidmət üzrə”,“Tibb manqa komandirləri üzrə”, “Ümumtəhsil orta məktəblərin direktorları”,“İstehsal və sosial təyinatlı obyektlərin rəhbərləri”,“Obyektlərin FHK-nın sədrləri”,“MM mütəxəssisləri” katiqoriyaları üzrə təşkil olunmuş kurslarda 34 nəfər iştirak etmişdir.

“1 mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 1 mart 2023-cü il tarixdə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu!” mövzusunda silsilə tədbirlərin keçirilməsi təmin edilmişdir.

Rayonun ümumtəhsil, texniki peşə və orta ixtisas təhsil müəssisələrində 2023-cü ilin aprel və may aylarında mülki müdafiə günləri, Gəncə Regional Mərkəzinin və Qazax RİH-nin birgə təşkilatçılığı ilə 4 sentyabr 2023-cü il tarixdə ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə metodiki toplantı keçirilmişdir.

Rayon ərazisində rabitə və xəbərdarlıq sisteminin vəziyyətinə nəzarət edilməsi, hazır vəziyyətdə saxlanılması, fövqəladə hadisələr zamanı idarəetmənin operativ təşkili, mərkəzi çağırış dayağının və elektrik sirenaların işlək vəziyyətdə saxlanılması, mühəndis mühafizə qurğularının istismarına və hazır vəziyyətdə saxlanmasına nəzarət edilməsi, fərdi mühafizə vasitələrinin, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının laboratoriya sınağından keçirilməsi ilə bağlı aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mərkəzlə olan əməkdaşlığa, daim göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. F.Murdov “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Respublika Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydasından, Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlərdən, Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planından danışıb. Natiq çıxışı zamanı obyekt məşqinin, rəhbər heyətin toplanış məşqinin, xəbərdarlıq toplanış məşqinin, kompleks mülki müdafiə təlimlərinin əhəmiyyətindən söz açaraq bu barədə geniş məlumat verib.

Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhayi Nəsirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin yerində keçirilən bir tədbir olduğunu vurğulayıb. Mülki müdafiə rəhbəri, mülki müdafiə qərərgahları, yaradılan manqalar, Fövqəladə Hallar Komissiyası, tədris qrupları, keçirilən kurslar barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları region üzrə mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib. Əməkdaşlar rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.


Oxunub: 861
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Dünən, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Dünən, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    4-10-2026, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    4-10-2026, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    4-10-2026, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    4-10-2026, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    4-10-2026, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    4-10-2026, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    4-10-2026, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    4-10-2026, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    4-10-2026, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    4-10-2026, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    4-10-2026, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    4-10-2026, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    4-10-2026, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    4-10-2026, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    4-10-2026, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    4-10-2026, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    4-10-2026, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    4-10-2026, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    4-10-2026, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.