"Bakıda məktəbdə elektrik enerjisi ilə bağlı problem aradan qaldırılıb" - Təhsil idarəsindən AÇIQLAMA
Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbdə elektrik enerjisinin verilməsində yaranan fasilə aradan qaldırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildiriblər. "327 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb", - deyə qurumdan bildirilib. Qeyd edək ki, adıçəkilən məktəbdə iki həftə elektrik enerjisi kəsilmişdi.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: