Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Prezident gözlənilən FƏRMANI imzaladı - TƏCİLİ!
  • Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
  • Habil Vəliyevlə bağlı qərar verildi
  • 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
  • Bakıya intensiv yağış yağacaq
  • Təcili Yardıma yeni direktor təyin edildi - Foto
  • Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
  • Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
  • Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
  • Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
  • Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
  • Əflatun Məmmədov həbs edildi
  • Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
  • Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
  • Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
  • Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
  • Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
  • UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
  • Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
  • Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?

  • Tarix: 29-09-2025, 09:12

"Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da həmçinin...".

Mediaxeberleri.Az xəbər verir ki, bunu AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli "Kaspi" qəzetinə müsahibəsində bildirib.

"Uşaqları bir az çox yükləyirik"

- Bədirxan müəllim, yeni tədris ili başlayıb. Müsahibəmizə ibtidai siniflərdən başlayaq: tez-tez valideynlərin şikayətləri eşidilir. Uşaqlar bel çantasının yükü altında əzilir, onların bu qədər dərsliyi daşımasına ehtiyac yoxdur. Sizin yanaşmanız necədir?

- Məncə də uşaqları bir az çox yükləyirik. Həm qohumlardan, həm tanışlardan bu barədə eşidirəm. Nəvəm Avropada yaşayır, onlar dərsə çox kitab aparmırlar. Uşaqlar məktəbə gedirlər, məşğul olurlar, heç nəyi evə gətirmirlər. Biz həm orta, həm ali məktəblərdə Avropa üsullu tədrisə keçmişik. Əgər keçmişiksə, buna azərbaycansayağı yox, avropasayağı keçmək yaxşı olar. Biz isə bir hissəsini keçirik, bir hissəsini sonraya saxlayırıq. Nəticədə hər hansı həqiqətə 50 ildən sonra gəlib çatırıq, halbuki ona daha tez çata bilərik.

"Tələbələr dərsliklərin surətini çıxarıb oxuyurlar"

- Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi brifinqdə "oturub uşaqlara normal dərslik yazmaq lazımdır", - deyib.

- Mən naziri müxtəlif tədbirlərdə dinləmişəm. Çıxışlarında çox gözəl məsələlər qaldırır. Amma problem ondadır ki, bu məsələlərin heç biri həyata keçmir. Hər il yeni dərsliklər yazılır. Bilinmir o dərsliklər necə ortaya çıxır. Dərsliklərə böyük pullar xərclənir, müəlliflərə qonorarlar verilir. Niyə sonunda ortaya pis dərsliklər çıxır? Məncə, bu barədə düşünmək lazımdır. Görünür, doğru müəllif seçilmir. Tələbələrim olmuş, indi isə orta məktəblərdə işləyən ədəbiyyat müəllimləri ilə söhbət edirəm, onların hamısı dərsliklərdən narazıdır. Ədəbiyyat dərsliklərinin yazılmasında heç vaxt AMEA-nın Ədəbiyyat İnstitutu iştirak etməyib. Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da həmçinin... Bu, çox düşündürücü məsələdir. Təhsil təhsildir. Mənə elə gəlir ki, ali təhsil nazirliyin marağında deyil. 25-30 ildir ki, ali məktəbdə dərs deyirəm, mühazirə oxuyuram, eləcə də magistraturada dərs deyirəm. Belə görürəm ki, nazirlik ali məktəblərdə təhsillə ya maraqlanmır, ya da az maraqlanır. Və yaxud ali məktəblərlə maraqlansa da, dərsliklərlə maraqlanmır. Kim nə istəyir yazır. Yaxşı dərsliklərə nə universitet rəhbərləri, nə QHT Agentliyi tərəfindən dəstək verilir. Bir dərsliyin yazılması dəstək tələb edir. Ayrı-ayrı müəlliflər dərslik yazır, 100-200 nüsxə çap edirlər. O dərsliklər bir-iki ilə bitir, sonrakı nəsillər də ondan xəbərsiz olurlar. Tələbələr dərsliklərin surətini çıxarıb oxuyurlar. Onlar çox zaman ali təhsili kitabsız başa vururlar. Həmişə tələbələrə məsləhət görürəm ki, öz kitabxananız olsun, surət çıxarmayın. Bu mənada hesab edirəm ki, ali məktəblərdə proqramların yazılmasına nazirlik, universitet rəhbərliyi dəstək olsun. Dünyanın tanınmış universitetlərində kitab çatışmazlığı yoxdur. Bizim universitetlərdə isə tələbələr dərslik sarıdan çox əziyyət çəkirlər. Həmişə də bununla bağlı şikayətlənirlər. Kitab yoxdursa, məcbur qalıb məlumatları "Vikipediya"dan götürəcəklər. Orada da əsasən ümumi məlumatlardır. Beləliklə, tələbələrin təsəvvürü orta məktəbdə öyrəndikləri olacaq, təfəkkürləri inkişaf etməyəcək.

- Tələbələr dərsə kitab əvəzinə mobil telefonla gedirlər. "Dəftər-kitabın hanı?" soruşanda "hamısı buradadır", - deyə telefona işarə edirlər. Doğrudanmı, məlumatların hamısı bir tətbiqdədir?

- Yox, hamısı bir tətbiqdə deyil. Orada o zaman olar ki, onların hamısını yerləşdirəsən. Bütün Azərbaycan ədəbiyyatının xəzinəsi orada necə ola bilər? Onu kim, nə vaxt yerləşdirib? Bunun üçün fundamental iş görülməlidir. Azərbaycanın həm elmi, həm bədii ədəbiyyatı hələlik tam olaraq internetdə yoxdur. Bu materialların tam elektron bazasını yaratmaq üçün uzun zaman və çalışma lazımdır.

"Öz pulumuzla kitab çap etdiririk"

- Əslində sovet dövründə də ali təhsil müəssisələrində dərslik, metodik vəsait çatışmazlığı olub. Sizcə, bu məsələ niyə köklü həllini tapa bilmir?

- Mən Azərbaycan Dövlət Pedaqoji Universitetində oxumuşam. O vaxt müəllimimiz akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabı çap olunmuşdu. Biz 250 tələbə idik. Hamımız onun kitabını aldıq. Kitab təxminən 20 min tirajla çap olunmuşdu. O, uzun müddət işləməsəydi də, həmin kitabın qonorarı ilə dolana bilərdi. Biz isə heç bir qonorar almırıq, aldığımız cüzi maaşı isə proqram, dərs vəsaiti və dərsiliklərə xərcləyirik.

- Demək, motivasiya da yoxdur…

- Heç bir motivasiya yoxdur. Öz pulumuzla kitab çap etdiririk. Ondan sonra tələbələri dərsliklə tanış etmək lazımdır. Amma bizim belə imkanımız yoxdur. Tələbəyə kitab satmaq olmaz, universitetlər, kitabxanalar, Elm və Təhsil Nazirliyi də dərslikləri almır. Sən də düşünürsən ki, kimin üçün, nə üçün yazırsan? Əgər səndə motivasiya olsa, onu yenidən işləyər, təkmilləşdirər, 5-10 ildən bir yenidən çap etdirərsən. Dərslik ayrıca bir janrdır, monoqrafiya deyil. Mən üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" nəşrində dərsliklə monoqrafiyanı birləşdirmişəm. Bu, həm də magistrantlar üçündür. Kitabı məndən doktorantlar, tədqiqatçılar da istəyir. Bu da onu göstərir ki, cəmiyyətin bu cür dərsliklərə ehtiyacı var.

- Sizcə, dərsliklər neçə ildən bir yazılmalıdır?

- Məncə, dərsliklər tez-tez dəyişməməlidir. Heç olmasa 10-15 ildən bir yazılsa, yaxşı olar. Çünki müəyyən bir nəsil gəlir. O nəsil eyni təfəkkürlə böyüməlidir. Bizdə isə hər yeni nazir gəldikdə dərsliklər də dəyişir. Bu, bəzən hər il, bəzən də 2-3 ildən bir olur. Hər il test kitabları yenilənir. Bunun nə mənası var? Kimlərsə bunda maraqlıdır, yeni bir şeyi testə əlavə edir, köhnələr atılır, yenisi çap edilir. Hamısı kağız və vaxt itirməkdən və xərcdən başqa bir şey deyil.

- Müəlliflər və sifarişçilər bunu adətən tez-tez dəyişən hadisələr, dünyadakı qlobal yeniliklərlə və s. izah edirlər…

Ədəbiyyatda hansı qlobal dəyişikliklər baş verib ki? Baş versə, o hadisələr əvvəlcə ədəbiyyata daxil olmalı, öz təsdiqini tapmalı, sonra onu dərsliyə və ya testə daxil etməliyik.

"Tələbələr universitetlərdə kitabla görüşə bilmir"

- Qeyd etmisiniz ki, "bir çox fənlər üzrə dərslik yazılmır". Bunlar əsasən hansı fənlərdir? O fənlərin diqqətdən kənarda qalmasını nə ilə əlaqələndirirsiniz?

- Bütün universitetlərdə filologiya fakültələrində tələbələr "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi"ni Feyzulla Qasımzadənin kitabından oxuyurlar. Bu kitab bizim tələbə olduğumuz dövrdə - 1970-ci illərdə yazılıb. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət, ideoloji sistem başqa idi. Feyzulla müəllim böyük tədqiqatçı idi. Amma yazıldığı dövr ideoloji idi, bu üzdən kitab da başdan-ayağa ideologiya idi. O vaxtdan 50 il keçib. Bu müddətdə nə qədər ədəbi hadisələr, şəxsiyyətlər, faktlar üzə çıxıb. İndiki tələbələr həmin dərsliyi oxuyarkən yeni ədəbi hadisə və faktlardan xəbərləri olmur. Bu, çox pis tendensiyadır. Bəs niyə yazılmır? Çünki kimsə fikirləşir ki, gecəsini gündüzünə qatıb yazacaq, sonra öz hesabına çap etdirəcək, sonra da kitab əlində qalacaq. İndi tələbələr universitetlərdə kitabla görüşə bilmir. Bu görüşü təşkil etmək lazımdır. Universitet deyəndə bizdə bir bina tapıb içərisinə tələbə doldurmaq başa düşülür. Onun maddi-texniki bazası və s. heç kimə maraqlı deyil. Əslində universitet işlək bir orqanizm olmalıdır. Tələbələri təkcə auditoriyaya salmaq yox, daim yeniliklərlə, müəlliflərlə, alimlərlə, Nobel mükafatçıları ilə görüşdürmək lazımdır. Klassik üslubda mühazirə demək dövrü çoxdan keçib. Mən Türkiyədə - Qars Qafqaz Universitetində dərs deyəndə orada mühazirə-seminar anlayışı yox idi, ancaq dərs var idi. Dərsdə də yaxşı müzakirələr gedirdi.

"Gənclərin elmə marağı çox azdır"

- Müasir tələbələrin kitabxana ilə münasibətləri necədir?

- Çox yaxşıdır. Elmi-tədqiqat işimlə bağlı bəzən Milli Kitabxanaya gedirəm. Axtarış aparan tələbələr görürəm. O gün kitablarımın hərəsindən bir nüsxə kitabxanaya verdim. Düşünürəm ki, kitab universitet kitabxanalarında olmalıdır. Nə üçün universitet kitabxanası ola-ola tələbə vaxt itirib Milli Kitabxanaya getməlidir? Bizdə hələ də dünya ədəbiyyatı dərsliyi yoxdur. Dünya ədəbiyyatı anlayışı özü dağınıqdır, sistemli bir dərslik yazılmayıb. Kimsə bu işin altına girib onu sistemli şəkildə tələbələrə təqdim etməlidir.

- Bəs gənclərin elmə marağı nə qədərdir?

- Gənclərin elmə marağı çox azdır. Çünki hamı nəticəni fikirləşir. Düşünürlər ki, müdafiə edəndən sonra kim olacağam, harada işləyəcəyəm və nə qədər maaş alacağam? Ona görə gənclər bu sahəyə az maraq göstərirlər. Gələnlərin də 95 faizi xanımlardır. Elmi təfəkkürün formalaşması üçün yeni bir yol xəritəsi hazırlanmalıdır.

"Biz hər şeyin günahını ədəbiyyatda görürük"

- Yenə də nazirin brifinqdəki fikirlərinə qayıdıram. O qeyd etdi ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir. Açıq şəkildə bildirdi ki, "müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır". Əmək bazarına daxil olmaq üçün lazım olan fənlər sırasında ədəbiyyatın adı çəkilmir…

- Mənə elə gəlir ki, son 20 ildə indiki dərsliklərin yazılmasında elə məhz bu yönləndirmə əsas tutulub: orda nə şeir, nə bədii düşüncə var. Kim deyir ki, kompüteri öyrənən adam şeir bilməməli və ya əzbərləməməlidir? Bu, bədii-estetik zövqdür. İnsanın formalaşmasında ədəbiyyatın çox böyük rolu var. Dünyada başqa xalqların orta məktəb dərsliklərinə nəzər salanda orada da şairlər, şeirlər görürsən. Elə bilirik ki, şeirləri ancaq biz öyrədirik. Bəzən hər şeyin günahını ədəbiyyatda görürük. Qətiyyən elə deyil. Ədəbiyyat həmişə olmalıdır. Ədəbiyyat insan, vətəndaş formalaşdırır. Biz tədrisdəki səhvlərimizi ədəbiyyatın boynuna qoya bilmərik.

- Çağdaş, müasir dünya ilə, süni intellektlə ayaqlaşmağa nə qədər hazırıq?

- Ayrı-ayrı fərdlər hazırdır, ancaq bütövlükdə cəmiyyət hələ hazır deyil. Çox istedadlı gənclərimiz var. Azərbaycandan kənarda istənilən universitetə daxil olur, hətta həmin ölkənin vətəndaşlarından da böyük uğurlar əldə edirlər. Çatışmayan odur ki, o istedadlar üçün vətəndə şərait yarada bilmirik. Çoxunun ixtisası üzrə ölkədə iş yoxdur. Orada öyrəndikləri təcrübəni gətirə bilərlər. Mənim ümidim onlaradır.

- Təcrübəli alim kimi sadalanan problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Universitetlərə kompleks münasibət dəyişməli, müəllimlərə sərbəstlik verilməli, dərs vəsaitləri, dərsliklər, proqramlar nazirlik və ya universitetlər hesabına çap edilməlidir. Vəsaitlər çox ciddi şəkildə oxunmalı, keyfiyyət tələb olunmalıdır. Dərsliklər, vəsaitlər tələbələr üçün əlçatan olmalıdır. Tələbələrlə müəllimlərin münasibətində yeni bir mərhələ yaşanmalıdır.


Oxunub: 3 602
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:19 | Prezident gözlənilən FƏRMANI imzaladı - TƏCİLİ!
    Bu gün, 13:23 | Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
    Bu gün, 13:21 | Habil Vəliyevlə bağlı qərar verildi
    Bu gün, 13:19 | 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
    Bu gün, 13:18 | Bakıya intensiv yağış yağacaq
    Bu gün, 13:16 | Təcili Yardıma yeni direktor təyin edildi - Foto
    Bu gün, 11:10 | Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
    Bu gün, 11:08 | Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
    Bu gün, 11:02 | Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
    Bu gün, 10:57 | Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
    Bu gün, 10:40 | Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
    Bu gün, 09:16 | Əflatun Məmmədov həbs edildi
    Bu gün, 09:09 | Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
    Bu gün, 09:03 | Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
    Bu gün, 08:54 | Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
    Bu gün, 08:47 | Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
    Bu gün, 08:43 | Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
    Bu gün, 08:40 | UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
    Bu gün, 08:28 | Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
    Bu gün, 08:20 | Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
    Bu gün, 08:05 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
    Bu gün, 07:54 | Bakının bu ərazilərində işıq olmayacaq
    Bu gün, 07:53 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir - VİDEO
    Bu gün, 07:51 | Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?
    Bu gün, 00:50 | Fransa Belçikanı darmadağın etdi: Millətlər Liqasında günün nəticələri
    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.