Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. "Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar", - məlumatda qeyd olunub.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: