Prokuror Qalib Toğrula ittiham aktını elan edib
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrindən Qalib Bayramovun (Qalib Toğrul) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən ilk baxış iclasında prokuror təqsirləndirilən QHT rəhbərinə ittiham aktını elan edib. Qalib Bayramov özünü təqsirli bilməyib. Növbəti proses noyabrın 5-nə təyin edilib. Qeyd edək ki, QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar. Onu da qeyd edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Oxunub: 87
Xəbəri paylaş
Paylaş: