Azərbaycanda biabırçılıq: əmi qardaşı qızını meşədə...
Ağsu rayonunda qardaşı qızına təcavüz edən əmi həbs edilib. Mediaxeberleri.AZ-ın əldə etdiyi məlumata görə, rayonun Qaraqoyunlu kənd sakini olan 1971-ci il təvəllüdlü Qurban Məcidovun avtomobillə hərəkət taryektoriyası polislərin diqqətini cəlb edib. Bir müddət sonra polis əməkdaşları Ağsu dolayları adlanan ərazidə - meşə sahəsində Qurbana məxsus olan “Mercedes” markalı avtomobilə yaxınlaşıblar. Bu zaman həmin şəxsin 15-16 yaşlı qızla meşədə cinsi əlaqədə olması müəyyən edilib və onlar saxlanılıb. Polis şöbəsində aparılan araşdırmalar zamanı həmin qızın Qurban Məcidovun qardaşı qızı 16 yaşlı N.Quliyeva (şərti) olması üzə çıxıb. Yetkinlik yaşına çatmayan qız əmisinin onu şantaj etdiyini, dəfələrlə zorladığını, kənddən Ağsu şəhərinə hazırlığa aparıb-gətirdiyi zaman meşəyə apararaq hədə-qorxu ilə cinsi əlaqədə olduğunu deyib. O, bildirib ki, əmisi montaj etməklə çılpaq fotolarını hazırlayıb və onu yaymaq hədəsi ilə şantaj edərək istədiyi çirkin əməllərə vadar edib. Bundan sonra Qurban barəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə iş açılıb. Ağsu rayon Məhkəməsinin çıxardığı hökmlə Qurban adlı şəxs 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.