Mediaxeberleri.az
    
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR

Son xəbərlər :
  • Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
  • 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
  • Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
  • Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
  • Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
  • Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
  • Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
  • Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
  • Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
  • Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
  • Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
  • Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
  • Göygöldə sənədsiz ev söküldü - VİDEO
  • Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
  • Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
  • Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
  • Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
  • Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
  • Meloni İlham Əliyevə təşəkkür etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

'Azəriqaz' vətəndaşı NECƏ QAZLAYIR... - Qələm onların əlindədir...

  • Tarix: 8-09-2023, 07:25

Heç kimə sirr deyil ki, Azərbaycanda kommunal sektorunda çoxlu problemlər var. Ən çox şikayətlər isə “Azəriqaz” İstehsalat Birliyinin (İB) fəaliyyəti ilə bağlı daxil olur.

Sizə diqqətəlayiq bir nümunə verim. Qonşum fərdi ev alıb və orada quraşdırılan qaz sayğacını öz adına rəsmiləşdirmək istəyib. Bunun üçün “Azəriqaz”ın əməkdaşlarının sayğaca baxış keçirməsi və inventar aktı tərtib etməsi zəruridir.

Əvvəlcə “Azəriqaz”ın yerli şöbəsinə zəng etdi. İki ay keçdi. Bundan sonra o, “Azəriqaz”ın yerli nəzarətçisi ilə əlaqə saxlasa da, heç kim gəlmədi. 6 aydan sonra “Azəriqaz”ın “qaynar xətt”inə zəng vursa da, cəhdləri nəticəsiz qaldı. Hazırda isə onun “Azəriqaz”a müraciətindən bir ilə yaxın vaxt keçsə də, əməkdaşlarından heç biri onlara tapşırılan işi görməyə hazır deyil.

Təkcə bu misal “Azəriqaz” İB-nin fəaliyyəti haqqında təsəvvür formalaşdırmağa kifayət edir. Nəzarətçi əvvəlcə qaz sayğacının inventarlaşdırılması ilə bağlı akt tərtib etməyin onun səlahiyyətində olduğunu deyir, sonra isə bunun müvafiq komissiya tərəfindən həll edilməli olduğunu iddia edir. “Qaynar xətt”ə zəng etmək də kömək etmir. Vətəndaş eşidilməsi üçün nə etməlidir?

Digər tərəfdən, başqa məqamlarda “Azəriqaz” vətəndaşların iştirakı olmadan öz “məxfi” əməllərini tez həll edir. Belə ki, AYNA-nın redaksiyasına Abşeron rayonu Saray kənd sakini Röyal Mustafayev “Azəriqaz” İB-dən şikayət ərizəsi ilə müraciət edib.

Bu il fevralın 27-də “Azəriqaz” işçiləri onun xəbəri və iştirakı olmadan akt tərtib ediblər. Baxmayaraq ki, aktda onun sənəd tərtib edilərkən orada olduğu qeyd olunub. Akt qaz sayğacında zədələnmə-deşik aşkarlanması əsasında tərtib edilib.

Bundan əvvəl 17 noyabr 2022-ci il tarixdə Röyal Mustafayevin müraciəti əsasında, istehlak etdiyi qazın təzyiqi aşağı olduğundan onun adına qaz sayğacı dəyişdirilib. Mustafayevin sözlərinə görə, qaz sayğacının dəyişdirilməsi zamanı ona vizual baxış keçirilib və heç bir qüsur aşkar edilməyib. Və bunun əsasında qaz sayğacının yenisi ilə dəyişdirilməsi ilə bağlı akt tərtib edilib. Amma bir neçə ay keçdikdən sonra, nədənsə, aktda dəyişdirilən qaz sayğacında deşik aşkarlandığına dair rəy peyda olub.

“Sayğac dəyişdirilən andan, yəni ötən ilin noyabrından bu ilin iyul ayına kimi “Azəriqaz”dan heç kim mənə belə bir vəziyyətin yaranması barədə məlumat verməyib. İstehlak olunan qazın pulunu ödəyəndə bildim ki, qəbzdə göstərildiyi kimi 16 manat əvəzinə 37 manat ödəməliyəm. Bununla bağlı iyulun 3-də “Azəriqaz”ın “qaynar xətt”inə zəng vurub bu barədə soruşdum. Danışıq zamanı məlum oldu ki, “Azəriqaz” mənə 1550 manat cərimə kəsib”, - deyə vətəndaş bildirib.

Bu məsələni tam başa düşmək üçün o, “Azəriqaz”ın Xırdalan şöbəsinə yollanıb: “Orada mənə dedilər ki, köhnə qaz sayğacımda nasazlıq aşkarlanıb və bu səbəbdən 1550 manat cərimə olunmuşam. Sonra “Azəriqaz” işçilərindən soruşdum ki, onlar məni məhkəmə qərarı olmadan, ikinci aktın hazırlanmasında şəxsən iştirak etmədən, hətta bu barədə xəbərdar etmədən necə cərimə ediblər? Cavabında mənə dedilər ki, daxili prosedurlar çərçivəsində komissiya yaradılıb və o, mənim barəmdə cərimə tətbiq edilməsi ilə bağlı akt tərtib edib. Mən etiraz etməyə başlayanda ki, onların məhkəmə qərarı olmadan məni cərimələmək hüququ yoxdur, tez bir zamanda işimi sentyabrın 19-na təyin edilmiş məhkəməyə göndərdilər”.

MEDİAXEBERLERİ.AZ xəbər verir ki, bu vəziyyəti AYNA-ya şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov belə halların kifayət qədər tez-tez baş verdiyini qeyd edib: “Bu vəziyyət Çarli Çaplinin “Balaca” filmini xatırladır. Bu filmdə balaca Con şüşələri sındırır və təsadüfən yaxınlıqda olan şüşəçi yeni şüşələr qoyur. Yəni şüşənin ehtiyacı olanını sındırır. İstehlakçı qaz sayğacının işinə niyə mane olsun ki, bundan sonra da cərimələnsin? Belə hallar eyni strukturun qaz təchizatı və qaz sayğaclarının işinə nəzarət ilə məşğul olduğu zaman yaranır. Belə neqativ halların qarşısını almaq üçün qaz sayğaclarının işinə ayrıca nəzarət edən başqa bir struktur yaratmaq lazımdır”.

“Bu ilin avqust ayında Metrologiya İnstitutu ilə “Azəriqaz” İstehsalat Birliyi arasında memorandum imzalanıb və buna əsasən Metrologiya İnstitutunda qaz sayğaclarının sınaqdan keçirilməsi nəzərdə tutulub. Bu prosesdə Azad İstehlakçılar Birliyini bir nüans narahat edir - abonentlərin dəyişdirilmiş qaz sayğacları “Azəriqaz”ın işçilərində qalır. Yəni onlar bu sayğaclarla istədiklərini edə bilərlər. Sonra isə sayğaclar Metrologiya İnstitutuna göndəriləcək. Yəni bu, vəziyyətdən çıxış yolu deyil. Biz buna etiraz edirik və dövlətdən belə şərait yaradılmasını istəyirik ki, abonentlərdən sayğaclar yığışdırıldıqda cihaz möhürlənib birbaşa Metrologiya İnstitutuna göndərilsin”, - deyə müsahibimiz söyləbib.

AİB sədri əmindir ki, bu prosesdə tam şəffaflığı təmin etmək və istehlakçının şəxsi iştirakını təmin etmək lazımdır: “Memoranduma əsasən, bu prosesə gələn ilin yanvarından başlanılması planlaşdırılır. Bu arada, bu sahədə ciddi qanun pozuntuları baş verməkdə davam edir. Azad İstehlakçılar Birliyinə “Azəriqaz” ilə bağlı daxil olan şikayətlər bu qurumun müvafiq şöbəsinə göndərilir. Və bütün bu illər ərzində abonentlərin xeyrinə şikayətlərə baxılmayıb. İşlər məhkəmələrə göndərilir və orada “Azəriqaz” İstehsalat Birliyi hansısa sənədlər təqdim edir”.

“Axı, hələ də hər şey “Azəriqaz”ın əlindədir. Neçə illərdir Azad İstehlakçılar Birliyi bu halqanı qıra bilmir. “Azəriqaz” inhisarçı qurumdur, laboratoriyası var, sayğacları özləri yoxlayırlar, necə hərəkət edəcəklərini özləri qərar verirlər. Şəxsən mən hesab edirəm ki, “Azəriqaz” abonentləri əksər hallarda qaz sayğaclarının işinə mane olmur və belə hallar vətəndaşlara qarşı böhtandır. Konkret olaraq qeyd etdiyiniz işlə bağlı deyim ki, ötən gün Gəncədən mənə də eyni müraciət gəlib. Belə neqativ hallara son qoymaq lazımdır. Azad İstehlakçılar Birliyi “Azəriqaz”ın bu cür hərəkətlərini pisləyir və hökuməti bu neqativ halların aradan qaldırılması üçün ciddi addımlar atmağa çağırır”, - deyə Hüseynov vurğulayıb.

Mustafayevin məsələsində də gördüyümüz kimi, “Azəriqaz” İB işçiləri özləri alternativ struktur cəlb etmədən bu kimi məsələləri öz xeyirlərinə həll etməklə əhali arasında narazılıq yaradırlar. Və Azad İstehlakçılar Birliyi sədrinin də haqlı olaraq qeyd etdiyi kimi, bütün sənədləşmə və laboratoriya “Azəriqaz”ın əlindədir ki, bu da abonentlərin iddialarını sübuta yetirmələrini çətinləşdirir.

Amma Röyal Mustafayev məhkəmənin ədalətli qərar çıxara biləcəyinə inanır. Belə ki, sentyabrın 19-da Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə məhkəmə iclası təyin edilib və narazı vətəndaş ümid edir ki, məhkəmə onun “Azəriqaz”la iddiasına aydınlıq gətirəcək, ədalətli qərar verəcək.



Oxunub: 572
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    Bu gün, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    Bu gün, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    Bu gün, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    Bu gün, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    Bu gün, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    Bu gün, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Bu gün, 13:35 | Jurnalist Əvəz Zeynallı vəfat etdi
    Bu gün, 12:31 | Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
    Bu gün, 11:56 | Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
    Bu gün, 11:12 | Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
    Bu gün, 11:04 | Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
    Bu gün, 10:53 | Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
    Bu gün, 10:50 | Göygöldə sənədsiz ev söküldü - VİDEO
    Bu gün, 10:47 | Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
    Bu gün, 10:44 | Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
    Bu gün, 10:43 | Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
    Bu gün, 10:41 | Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
    Bu gün, 10:26 | Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
    Bu gün, 10:25 | Meloni İlham Əliyevə təşəkkür etdi
    Bu gün, 10:20 | Qənirə Paşayevanın vəfatından 3 il ötür
    Bu gün, 10:18 | Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
    Bu gün, 10:16 | Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
    Bu gün, 10:04 | Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
    Bu gün, 09:57 | Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
    Bu gün, 09:52 | Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
    Bu gün, 09:50 | Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
    Bu gün, 09:46 | Neft yenidən bahalaşdı
    Bu gün, 09:44 | Əhali artır, amma uşaqların sayı azalır: demoqrafik problem - BELƏ DAVAM EDƏRSƏ...
    Bu gün, 07:58 | Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı
    Bu gün, 07:34 | Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü - FOTO
    Dünən, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Dünən, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Dünən, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Dünən, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Dünən, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Dünən, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Dünən, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Dünən, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Dünən, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Dünən, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Dünən, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Dünən, 16:45 | Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
    Dünən, 16:40 | "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    Dünən, 15:56 | Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 15:49 | Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
    Dünən, 15:46 | İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
    Dünən, 15:43 | Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Dünən, 15:37 | Hakan Fidan BƏƏ-yə gedir
    Dünən, 15:18 | 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.