Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
  • 42 yaşlı rəis qəfil öldü - Foto
  • “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
  • Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
  • Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
  • Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
  • İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
  • Sabah hava necə olacaq?
  • 20 tələbə 200 AZN təqaüd alacaq
  • ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
  • Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
  • 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
  • “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
  • BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
  • Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
  • İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
  • "Milan" və "Beşiktaş"dan qələbə
  • AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
  • Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
  • Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bizimkilər bazar, restoran, dükan tanıyırlar, muzey yox - Zərifə Salahova ilə MÜSAHİBƏ

  • Tarix: 6-11-2023, 17:34

Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var, nə ağzı,
Hey danışır adamla.

Bəli, uşaqlıq illərindən əzbərlədiyimiz bu tapmacada kitabdan söhbət gedir. O kitablardan ki, dilsizə dil, gözsüzə göz, gücsüzə gücdür. Kitab oxumayan şəxs susuz qalan ağaca bənzər. Yaxşı kitab yaxşı dostdur. O elə bir şeydir ki, adama qarşılıqsız, təmənnasız fayda verər. Kitab haqqında çoxlu gözəl sözlər düzmək olar sıraya. Amma məqsədimiz bu yazını kitaba həsr etmək yox, bütün ömrünü kitablara həsr etmiş bir xanımla apardığımız söhbəti sizlərə təqdim etməkdir.

O, illərdir ki, Azərbaycanda analoqu olmayan bir işlə - bapbalaca, mini kitabları toplamaq və onları böyük bir muzeydə cəmləşdirib həm yerli əhali, həm də turistlər üçün sərgiləməklə məşğuldur. Onun gördüyü işlər haqqında çox danışmaq olar, amma bir halda ki, biz də həmin muzeyin ziyarətçilərindən olduq və həmin şəxslə orada söhbətləşdik, gəlin elə onun özünün danışdıqlarını sizə təqdim edək. Beləliklə, müsahibimiz Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahovadır. Onun Publika.az-a verdiyi müsahibəni təqdim edirik:

- Zərifə xanım, minatür kitab ideyası sizdə necə yarandı?

- Kolleksiyamda Con Kennedinin kitabını görə bilərsiniz. (əli ilə rəflərin birində onun minatür kitabını göstərir) ölümündən sonra Niderlandda onun haqqda minatür formada kitab çap etdiriblər. Ağlıma bu kitab gəldi. İlhamlanıb, düşündüm ki, mən də Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitqini çıxarım. Kitabı çıxarmaq istəyəndə isə vəziyyət çox çətin idi. Azərbaycanda nə vərəq var idi, nə də vəsait. Heç çap etməyə yer də yox idi. Artıq 1994-cü illərin axırı idi. Eşitdim ki, Kitabsevərlər Cəmiyyətinin mətbəəsinin keçmiş əməkdaşı Alik Nisanov Bakıya qayıdır ki, biznes yaratsın. Onunla danışdım ki, mənə kömək et. Heydər Əliyev üçün minatür kitab çat etdirim. Həmin kitabda onun andiçməsi var idi. Alik mənə Moskvaya getməyimi məsləhət gördü. Moskvaya getdikdən sonra kitabı iki dildə rus və ingilis dilində çap etirdim.

- Kolleksiyanın neçə yaşı var?

- Miniatür nəşrə həmişə marağım olub. 40 ildən çoxdu ki, minatür əlyazma, faksimil, təkrar çap və unikal nəşrlər toplayıram. Həmin nüsxələri dünyanın 65 ölkəsindən toplamışam. Bu isə təxminən səfər etdiyim ölkələrin sayı qədərdir.

- Kitablara olan həvəsiniz uşaqlıqdan idi?

- Qardaşlarım 6 nömrəli məktəbdə oxuyurdu. İndi Azneft dairəsilə üzbəüz avtobus dayanacağında əvvəllər kitabxana var idi. Tahir bir gün məktəbdən gələndə həmin kitabxanaya giribmiş. Beləliklə həftədə bir neçə dəfə ora oxuduğu kitabı dəyişmək üçün gedirdi. Bir gün orada işləyən qadın Tahirə deyib ki, bu kitabı oxu, içindən mətnə uyğun şəkillər, bəzəklər çək. Tahir başladı bu kitabda bəzəklər çəkməyə, getdikcə bu say 3, 5, 10 oldu. Elə oldu ki, bu qadın sərgi keçirdi. Sonra da məsləhət gördü ki, Tahir getsin, rəssamlıq peşəsini öyrənsin. Bunlar hamısı Allahın işi və yazısıdır. Onun evə gətirdiyi kitabları mən də oxuyurdum. Daim kitaba marağım olub.

- Zərifə xanım, ziyarətçilər əsasən turistlər olur, yoxsa öz vətəndaşlarımız?

- Muzeyə giriş pulsuzdur. Jurnalımız da var. Hər günü orada qeydlər aparırıq. Ziyarətçilərin içində turislər çoxluq təşkil edir. Məsələn, 2019-cu ildə 12 765 azərbaycanlı, 70 698 xarici vətəndaş gəlib. Təkcə bu muzey görə ölkəyə gələnlərin sayı da az deyil. Bütün hallarda muzeyə gələnlər daha çox turistlərdir. Pandemiyada belə muzeyə gələnlərin çox hissəsini turislər təşkil edirdi. Bura ABŞ səfirliyindən nümayəndələr gəlmişdi. Onlardan soruşdum ki, amerikalılar haradan biliblər ki, Azərbaycanda belə bir muzey var? Gülərək dedilər ki, Amerikada Azərbaycanı üç şeylə tanıyırlar - neft, kürü və Miniatür Kitab Muzeyi ilə.

- Hansı ölkələrdə sərgilər keçirmisiniz?

- Fransa, Sinqapur, Moskva, Avstraliya, London və başqa ölkələrdə sərgilərim olub. Həmçinin Rusiyada keçirilən Beynəlxalq Kitab Sərgisində bir neçə dəfə ölkəmi təmsil etmişəm.

- Kolleksiyada hazırda nə qədər kitab var?

- Hazırda 5800-dən çox kitab var. Bunlardan 3600-ü Ginnes rekordlar kitabına düşüb. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatinin dərci olan 4 mikrokitabdır. Onlardan birinin ölçüsü 0,75x0,75, üçünün isə 2x2 mm-dir. Kitab 16 səhifə, 4 fəsildən ibarətdir. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən qocaman kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs "Qurani-Kərim"in nüsxəsidir.

Eləcə də alman nəşriyyatlarının məhsulu olan mikrokitablar da var. Birinin ölçüsü 2,0x2,9 mm (Leypsiq) və üçünün isə 3,5×3,5 mm (Münhen) olan kitablardır. A.S.Puşkin sağlığında çap edilən “Yevgeni Onegin” və “Kapitan qızı” kitbları, M.Lermontov 1892-1894-cü illərdə nəşr edilən “Taman”, “Xəzinədar”, “Aşıq Qərib” (Kiyev), İ.Krilov “Təmsillərinin illüstrasiyalrla tam külliyyatı” (Xarkov, 1894) kitabları var. "Levşa” nəşriyyatının 4 cildli 0,8x0,9 mm formatlı “Yevgeni Onegin”, A. Axmatova, P. Bajov, I. Bunin, D. Bayron, S. Yesenin və M. Lermontov nəşri xüsusi orijinallığı ilə seçilir. Həmçinin muzeyin Naxçıvan və Gəncə kimi böyük şəhərlərin mədəniyyət mərkəzlərində minatür kitablar sərgilənir. Artıq Şuşa üçün 523 minatür kitab seçilmişəm. Orada da muzey açmaq istəyərəm.

- “Ginnesin Rekordlar Kitabı”na düşməyiniz necə oldu?

- O tam təsadüfi oldu. Deməli, Moskvada çap olunan qəzetləri çox oxuyurdum. Bir gün oxuyuram ki, Hindistanda bir kişi bığlarını 5 metr uzadıb “Ginnesin Rekordlar Kitabı”na düşüb. Amerikada bir qadın dırnaqlarını 6 metr uzadıb o da bu kitaba düşüb. Düşündüm ki, bunların başı xarab olub. Tez telefonu götürüb, zəng vurdum. O vaxtı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarova. Sağ olsun, mənə kömək etdi, əməkdaşları yönləndirdi. Həmin əməkdaş ingilis idi. Adı da Kevin. O gəldi muzeyə biz məktubu yazıb, göndərdik. Bir müddət sonra cavab gəldi ki, göndərişlər çoxdur, nöbvəniz çatanda baxılacaq. Elə oldu ki, səhəri gün cavab gəldi. Özümüzə də maraqlı gəldi. Məktubda onların standartları yazılmışdı. Standarta görə minatür kitab 0.75 sm idi. Ona görə də 2014-cü 2913 kitab “Ginnesin Rekordlar Kitabı”na düşdü. Bu prosesdə də heç bir çətinliyimiz olmadı. Həmişə demişəm, deyəcəm də, bu muzey ermənilərdə olsaydı bütün dünya tanıyırdı. Amma azərbaycanlıların dünyada ilk və “Ginnesin Rekordlar Kitabı”na düşən muzeydən xəbərləri belə yoxdur. Özü də muzey o qədər rahat və asan yerdədir ki, metrodan çıxdın 3 dəqiqəyə buradasan. Bizimkilər 3 yeri çox yaxşı bilirlər: bazar, restoran, dükan.

- Zərifə xanım, kitablarla yanaşı idmana da marağaınız olub. Gənc yaşlarınızda idmanla məşğul olmusunuz. İdmana marağınız necə yaranmışdı?

- Basketbolu çox sevirdim. Komandada rus və erməni çox idi. Bir azərbaycanlı var idi, o da mən. 5 nömrə və solaxay idim. Çox da qəşəng oynayırdım. Hətta şəhərdə gəzəndə oğlanlar baxıb, “5 nömrə” deyib, məni göstərirdilər. Demək olar ki, bütün şəhərdə məni tanıyırdı.

- Zərifə xanım, gördüyüm qədəri ilə minatür kitab satışı ilə də məşğul olursunuz. Alıcılar varmı?

- Düzdür, 7 fərqli kitab var idi. Artıq ikisi bitib. Bu 5-i qalıb. Əsasən uşaq ədəbiyyatını satırıq. Qiyməti də 1 manatdır. Özümüz uşaq kitabları seçmişik ki, həm uşaqlara maraqlı olsun, həm də böyüklərə. Amerikada da minatür kitabların satışı var, amma bir barmaqdan böyükdür.

- Zərifə xanım, sizin Ulu Öndər Heydər Əliyevlə xatirləriniz olub. İlk dəfə tanışlığınız necə olub?

- 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ilk dəfə Prezident seçildikdən sonra onun andiçmə mərasimində mən də iştirak edirdim. Andiçmə mərasimi oktyabrın 10-da Heydər Əliyev Sarayında keçirildi. Heydər Əliyev 1 saat 10 dəqiqə dümdüz dayanıb öz proqram nitqini söylədi. Tədbir bitəndən sonra öz-özümə dedim ki, bir insan necə bu qədər vaxt ərzində belə dik dayanıb və nitq söyləyə bilər axı? Andiçmə mərasimindən sonra düşündüm ki, bu nitqi miniatür kitabda çap etdirməliyəm. Kitabı Moskavada iki dildə rus və ingilis dillərində çıxartdırdım. Milli kitabxanada tədbir keçirilirdi. Həmçinin mən də orada bu kitabın təqdimatını keçirirdim.

Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Çıxışımda Heydər Əliyevə bildirdim ki, mənə yer və ya bina versələr Minatür Kitab Muzeyi açmaq istəyirəm. Kitabları da öz ölkəmə, şəhərimə bağışlayaram. Heydər Əliyev öz çıxışında iki dəfə mənim etdiyim çıxışa toxundu. Daha sonra Heydər Əliyev kitablara nəzər saldı. Əlişir Niyazovun “Fərhad və Şirin” kitabı Prezidentə maraqlı gəlir. Soruşdu ki, harada çap olunub? Hamısını bir-bir dedim. Fikrimi bitirən kimi ardınca sual verdim ki, Heydər Əliyev, xoşunuza gəldi? O da dedi ki, hə. Dedim, sizə bağışlayıram. Heydər Əliyev kimdənsə nəysə götürməkdən xoşu gəlməzdi. Amma bu kitabı götürdü. Sərgidə ona 3 kitab hədiyyə etdim.

- Muzeyin İçərişəhərdə olmasını özünüz istəmişdiniz?

- Həmin tədbirdən bir neçə ay sonra İcra Hakimiyyətinə məktub ünvanladım ki, İçərişəhərdə mənə yer versinlər, lakin cavab gəlmədi: Muzeyin hazırki yerini sən demə baş memar Elbay Qasımzadə özü üçün saxlayıbmış. O vaxt biz tikintini başlaya bilməmişdik. Çünki əlimizdə pul yox idi. Muzey İtaliya səfirliyinin yanında yerləşir, səfirliyin açılışında Heydər Əliyev də orada iştirak edirdi. Elbay istəyib ki, öyrənsin ki, doğrudan da, bu yeri mənə Heydər Əliyevin tapşırığı ilə veriblər, ya yox. O, Prezidentə belə deyib, Zərifə Salahova istəyir ki, burada ya dükan, ya da restoran açsın. Heydər Əliyev onun sözünü kəsib, sərt şəkildə baxıb və uca səslə muzey, muzey olacaq burada. Elə oradaca da söhbət bağlanıb. Heydər Əliyev yaxşı bilirdi ki, bu kitabların hansı gələcək gözləyir. Heydər Əliyev üçün ilk çıxartdığım kitab “Əsrin Müqaviləsi” olub. Onun da maraqlı tarixçəsi var.

- Tarixçəsi nədir, Zərifə xanım?

- “Əsrin Müqaviləsi” kitabı ilə yanaşı Heydər Əliyevin 75 illiyi münasibəti ilə hədiyyə etdiyim medal da var. Yeri gəlmişkən deyim ki, Moskvadakı "Monetnıy dvor"da qızıldan hazırlanmış medalın müəllifi İvan Kopıtkindir. Heydər Əliyev 75 illiyində məni qəbul etmişdi. İllər sonra onun katibi Dilarə xanım mənə dedi ki, 10 ildir ki, Heydər Əliyevin yanında işləyirəm. Yuxarı vəzifəli şəxsləri qəbul etməyib, sizi qəbul edib. Siz yeganə şəxsiyyətsiniz ki, otağının yarısına qədər gəlib sizi qarşıladı, yola da saldı. Hələ də yadımdadır, məni qarşılayanda Heydər Əliyevə dedim ki, olar sizi öpüm? Daha sonra öpdüm onu. Kitab haqqında danışmağa başladıq. Kitabın sonunda Heydər Əliyevin bioqrafiyası və hansı neft şirkətləri ilə sənəd imzalanıbsa o şirkətlərin siyahısı var idi. Həmçinin kitabda medal da var idi. Heydər Əliyev medalla bağlı dedi ki, Zərifə xanım birinci dəfədir görürəm ki, medalda özümə oxşayıram. Artıq bu görüşdən 25 il keçir. Bu gün isə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə minatür kitab çıxartdırıram. “Bakinski raboçi” qəzətində Heydər Əliyevin nitqi var idi. Orada olan materialı minatür şəkildə kitabda buraxacağam. Artıq çapdadır. İşlər davam edir.

- Muzeyin 23 apreldə açılmasının xüsusi mənası varmı?

- Bəli, var. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının klassikləri - dahi yazıçılar Vilyam Şekspir və Miqel Servantes eyni gündə əbədiyyətə qovuşublar. YUNESKO-nun qərarına əsasən, 23 aprel hər il bütün dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir ki, bu şəkildə də onların adları əbədiləşdirilir. Ona görə mən də bu günü seçdim. Hətta Beynəxalq Kitabsevərlər İttifaqının icraiyyə komitəsinin sədri S.Şuvalov bu münasibətlə mənə məktub da yollamışdı.

Məktubda deyilirdi:

“Böyük bir hadisə 23 aprel “Dünya kitab” günündə “Kitab evi”nin açılışı münasibəti ilə sizi təbrik edirəm. Nəhayət ki, sənin arzun həyata keçdi, Zərifə. Mən səninlə birlikdə xoşbəxtəm”.

Aysel Şahmar

Foto: Elnur Muxtar


Oxunub: 1 265
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Bu gün, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Bu gün, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Bu gün, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Bu gün, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Bu gün, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Bu gün, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Bu gün, 12:46 | Sabah hava necə olacaq?
    Bu gün, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Bu gün, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Bu gün, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Bu gün, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Bu gün, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Bu gün, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Bu gün, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Bu gün, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Bu gün, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Bu gün, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Bu gün, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Bu gün, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Bu gün, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Bu gün, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Bu gün, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    Dünən, 19:13 | Qaz olmayacaq
    Dünən, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    Dünən, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Dünən, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    Dünən, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    Dünən, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    Dünən, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    Dünən, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    Dünən, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    Dünən, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    Dünən, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Dünən, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Dünən, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Dünən, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Dünən, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Dünən, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Dünən, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Dünən, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Dünən, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Dünən, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Dünən, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Dünən, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Dünən, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Dünən, 07:37 | Qaradağda palçıq vulkanı püskürüb
    Dünən, 07:31 | Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
    Dünən, 07:21 | Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.