Kişi evində yarı çılpaq işləyən ustanı döydü - MƏHKƏMƏ
MEDİAXEBERLERİ.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 1 000 manat miqdarında cərimə cəzası təyin edilib. İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evlərin birinin qarşısında qeydə alınıb. Belə ki, Habil Səmədov evində usta kimi işləyən qonşuluqda yaşayan, zərərçəkmiş Lətif Əsədzadə (şərti) ilə həyat yoldaşının yanında yarıçılpaq vəziyyətdə olması səbəbindən aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs qəsdən əli ilə zərərçəkmiş şəxsin sinə və qol nahiyələrindən vuraraq xəsarət yetirib. Daha sonra Habil Səmədov cinayət məsuliyyətinə cəlb edilib.