Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub. 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun anası, 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı 2023-cü ilin avqustunda qatar vuraraq öldürüb. Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















