Ronaldo het-trik etdi, minə 15 qol qaldı
Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib. Mediaxeberleri.Az xəbər verir ki, görüşdə Kristiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar. Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb. Qələbədən sonra “Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider “Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə “Əl-Həzm”ə qarşı keçirəcək.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















