"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
Misli Premyer Liqasında 8-ci tur davam edir. Medıaxeberlerı.Az xəbər verir ki, ikinci oyun günüə nəzərdə tutulan matçlar artıq başa çatıb. Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. Hazırda hər iki komandanın 17 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə ikinci, Ağdam klubu isə üçüncü yeri tutur. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premyer Liqası, 8-ci tur 17 oktyabr (şənbə) 19:00. “Qarabağ” - “Neftçi” - 3:3 Qollar: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2), Saviç, 52 (1:3), Renaldo Sefas, 89 (2:3), Kadi Borqes, 90+3 (3:3) 16:00. “Qəbələ” - “Sabah” - 0:4 Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74, Coy Lens Mikels, 88, Aleksey İsayev, 90+3 18 oktyabr (bazar) 15:00. “İmişli” - “Turan Tovuz” 18:30. “Kəpəz” - “Zirə” 16 oktyabr (cümə) “Şamaxı” - “Şəfa” - 3:2 “Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 7 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol Ağadadaş Salyanski (“Araz-Naxçıvan”) - 3 qol Rikardo Apolinario (“Şamaxı”) - 3 qol
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu





















