Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
  • Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
  • Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
  • Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
  • Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
  • Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
  • Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
  • Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
  • TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
  • Lavrov Bakıya niyə gəlir?
  • Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
  • Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
  • Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
  • KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
  • Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
  • Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
  • Ukrayna "fəlakətli qışa" hazırlaşır
  • "Sabah" ÇL-də neçəncidir?
  • Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
  • Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?

  • Tarix: Bu gün, 16:17

Azərbaycanda qəbir daşları dəbdəbəli və müxtəlif formalarda düzəldilir. Qəbiristanlığa girərkən vəfat edən şəxsin qəbir daşından onun varlı və ya kasıb olduğu dərhal seçilir. Halbuki, İslam dini bu məsələlərdə də ayrı-seçkiliyə və dəbdəbəyə yol verilməməsini təşviq edir. Üstəlik, bu cür dəbdəbəli daşlar israfçılıqdan və göstərişdən başqa bir şey deyil və ölən şəxsə heç bir xeyiri də yoxdur. 

Bəs bu cür qəbir daşlarının qadağan edilməsi və əvəzində eyni məzarüstü abidələrin hazırlanması mümkündürmü?

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslamın yayılmasından sonra müxtəlif xalqların mədəniyyətləri və adət-ənənələri ilə qarşılıqlı təsir nəticəsində dəfn mərasimləri və qəbirüstü nişanlarla bağlı fərqli ənənələr formalaşıb. İslamın dini yanaşmasında isə əsas prinsip Allaha ibadət etmək, israfdan çəkinmək və mənəvi dəyərləri maddi sərvətdən üstün tutmaqdır.




İlahiyyatçının sözlərinə görə, Qurani-Kərimdə buyurulur:  “Yeyin-için, lakin israf etməyin. Allah israf edənləri sevməz” (əl-Əraf, 7:31). Bu ayə bir həqiqəti xatırladır. İnsan sahib olduğu nemətlərdən istifadə edərkən də ölçünü gözləməlidir. Söhbət təkcə qəbir daşlarından getmir. Ümumiyyətlə, hər hansı bir işə ehtiyacdan artıq, sırf nümayiş məqsədilə vəsait xərcləmək ciddi şəkildə düşünülməli məsələdir. Əlbəttə, hər bahalı məzar daşını avtomatik olaraq haram hesab etmək də doğru olmaz. Ancaq xərclərin əsas məqsədi başqalarından geri qalmamaq, var-dövləti nümayiş etdirmək və ya cəmiyyətdə müəyyən təəssürat yaratmaqdırsa, burada israf və mənəvi dəyərlərdən uzaqlaşmaq məsələsi ortaya çıxır. Peyğəmbərimizin (s.ə.s.) qəbir məsələsinə münasibəti də bu baxımdan əhəmiyyətlidir. Hədislərə görə, Allah Rəsulunun qəbirlərin suvaqlanmasını və onların üzərində tikili inşa olunmasını qadağan etdiyi bildirilir. Bu hədis qəbir üzərində dəbdəbəli tikililərin ucaldılmasına münasibətdə mühüm dini əsaslardan biri hesab olunur. Bununla belə, həmin hədisi bütün qəbir nişanlarının qadağan edilməsi kimi başa düşmək düzgün deyil. Qəbirin tanınması, yerinin itirilməməsi və zəruri məlumatların qeyd olunması bir məsələdir, onun təmtəraqlı abidəyə çevrilməsi isə tamam başqa mövzudur".

Əkrəm Həsənov əlavə edib ki, İslam alimlərinin yanaşmasında da bu fərq nəzərə alınır: "Qəbirin tanınması üçün sadə nişanın qoyulması ilə onun üzərində dəbdəbəli tikilinin ucaldılması eyni hökm çərçivəsində qiymətləndirilməməlidir. Məqsəd qəbirin qorunması və tanınmasıdırsa, bunu sadə vasitələrlə həyata keçirmək mümkündür. Əsas məsələ qəbiristanlığın nümayiş və rəqabət məkanına çevrilməməsidir. Məsələnin sosial tərəfi də az əhəmiyyət daşımır. Yaxınını itirən ailə onsuz da ağır mənəvi vəziyyətdə olur. Belə bir vaxtda ailənin üzərinə əlavə maddi yük qoymaq, onu başqalarının məzarları ilə müqayisə aparmağa sövq etmək düzgün deyil. Maddi imkanı olan ailə bahalı məzar daşı sifariş verə bilər, imkanı məhdud olan isə sadə bir nişanla kifayətlənir. Nəticədə insanın vəfatından sonra belə maddi fərqlər göz önündə qalır. Düşünürəm ki, qəbiristanlıq insanları var-dövlətinə görə fərqləndirən deyil, hamının eyni aqibəti bölüşdüyünü xatırladan bir məkan olmalıdır. Bu baxımdan, Azərbaycanda qəbiristanlıqlar üçün vahid və sadə məzarüstü nişanların tətbiqi məsələsini müzakirəyə çıxarmaq olar. Hesab edirəm ki, müvafiq qurumlar, bələdiyyələr və dini mütəxəssislər bu istiqamətdə ortaq bir model hazırlamalıdırlar. Məzarların ölçüsü, nişanların forması və üzərində yazılacaq məlumatlar üçün ümumi standart müəyyənləşdirilməsi həm dəbdəbənin, həm də ailələrin əlavə xərclərinin qarşısını ala bilər. Belə bir standart mərhumun adının, soyadının, doğum və vəfat tarixlərinin qeyd edilməsinə imkan verməli, eyni zamanda ailələrin dini və mənəvi ehtiyaclarını da nəzərə almalıdır.

Təbii ki, belə bir yanaşma yalnız qadağalarla məhdudlaşmamalıdır. İnsanların düşüncəsində dəyişiklik yaratmaq da vacibdir. Çünki dəbdəbəli qəbir daşlarına marağın arxasında bəzən dini bilikdən daha çox, cəmiyyətdə formalaşan ənənə və başqalarının fikrinə verilən əhəmiyyət dayanır. İnsanlar anlamalıdırlar ki, mərhuma hörmətin ölçüsü məzar daşının böyüklüyü deyil. Onun üçün dua etmək, borclarını ödəməyə çalışmaq, yaxşı əməllərini davam etdirmək və xeyirxah işlər görmək daha mənalıdır.

Peyğəmbərimizdən (s.ə.s) rəvayət olunan səhih hədisdə bildirilir ki, insan öldükdən sonra əməli kəsilir. Yalnız üç şey istisnadır: davam edən sədəqə, faydalanılan elm və onun üçün dua edən əməlisaleh övlad. Bu hədis insanı düşünməyə vadar edir. Əgər vəfat edən insan üçün faydalı olan əməllər bunlardırsa, onda onun məzarına böyük məbləğdə pul xərcləməklə nəyə nail oluruq? Əlbəttə, bu, ailənin öz imkanları daxilində məzarı səliqəli saxlamasını və mərhumun xatirəsinə hörmət etməsini yasaqlamır. Sadəcə, hörmətlə dəbdəbəni bir-birindən ayırmaq lazımdır.

Düşünürəm ki, qəbiristanlıqlarda sadə və vahid məzarüstü nişanların tətbiqi həm dini baxımdan israfın qarşısının alınmasına, həm də sosial baxımdan insanların maddi imkanlarına görə fərqləndirilməməsinə xidmət edə bilər. Ancaq bunun üçün qaydalar əsaslandırılmış, ədalətli və hamı üçün əlçatan olmalıdır. Məqsəd insanlara əlavə məhdudiyyət yaratmaq deyil, dəfn mədəniyyətində sadəliyi və mənəvi dəyərləri ön plana çəkməkdir. Ölüm bizə xatırladır ki, insanın həqiqi dəyəri arxasında qoyduğu daşla deyil, həyatı boyu gördüyü işlərlə ölçülür. Qəbiristanlıqda hamımızı gözləyən aqibət eynidir. Fərq isə insanın nə qədər böyük abidə ilə dəfn olunmasında deyil, necə yaşamasında və arxasında hansı xeyirli izləri qoymasındadır".


Oxunub: 36
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:17 | QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
    Bu gün, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Bu gün, 13:48 | Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
    Bu gün, 13:46 | Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
    Bu gün, 13:45 | Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
    Bu gün, 13:36 | Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
    Bu gün, 13:04 | Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
    Bu gün, 13:01 | Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
    Bu gün, 12:56 | TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
    Bu gün, 12:51 | Lavrov Bakıya niyə gəlir?
    Bu gün, 12:34 | Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
    Bu gün, 12:27 | Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
    Bu gün, 12:23 | Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
    Bu gün, 12:21 | KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
    Bu gün, 09:13 | Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
    Bu gün, 08:12 | Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
    Bu gün, 07:46 | Ukrayna "fəlakətli qışa" hazırlaşır
    Bu gün, 07:44 | "Sabah" ÇL-də neçəncidir?
    Bu gün, 07:39 | Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
    Bu gün, 07:37 | Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
    Bu gün, 01:00 | "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.