"Sabah" ÇL-də neçəncidir?
Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, ilk gündə 9 oyun keçirilib. Azərbaycan çempionu “Sabah” Bakıda "Slaviya"ya qalib gəlib - 2:0. Bu, "Sabah"ın turnirin əsas mərhələsində ilk qələbəsi olub. Komanda hazırda turnir cədvəlində 3 xalla xalla 21-cidir. Qeyd edək ki, Valdas Dambrauskasın kollektivi 1-ci turda "Mançester Yunayted"ə uduzmuşdu. Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.




Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















