Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
Gədəbəy rayonunun Çanaqçı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (bir kişi, üç azyaşlı) oktyabrın 13-də saat 23:45-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















