Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini Rəşad Məmmədliyev vəfat edib. Məlumata görə, R.Məmmədliyev Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin “Elektrik təchizatı” ixtisası üzrə III kurs tələbəsi idi. Mərhum həmçinin, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında iştirak etmişdi. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü./Unikal
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















